Accessibility links

Rusiya hərbi gəmiləri Bakıya gəlib


Rusiya hərbi gəmiləri Bakıda

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi dostluq səfəri ilə sentyabrın 19-da Bakıya gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin mlumatına görə, səfər çərçivəsində gəmi heyətləri Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbul olunacaq və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaq.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.

XS
SM
MD
LG