Accessibility links

Moskvanın keçirdiyi hərbi təlimlər narahatlıqlara səbəb olub [Video]


Moskvanın keçirdiyi hərbi təlimlər narahatlıqlara səbəb olub
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Rusiya və Belarus deyir ki, qərb sərhədlərində - Sankt-Peterburqdan Kalininqrada qədər ərazilərdə keçirilən hərbi təlimlər müdafiə xarakterlidir.

“17 sentyabrda təlimlərin yeni mərhələsi başlayır. Yeni mərhələ zamanı biz, Rusiya və Belarus birliyinə aqressiyanın qarşısını almaq üçün hərbi qüvvələrimizin əməliyyat metodları üzərində çalışacayıq.”

Lakin müşahidəçilər deyir ki, təlimlər zamanı iki uydurulmuş ölkəyə hücum əməliyyatlarının simulasiyası keçirilib. Həmin ölkələrin Polşa və Litvaya bənzəməsi narahatlığa səbəb olub. Estoniyalı təhlilçi qeyd edir ki, Rusiya, Gürcüstan və Krıma hərbi müdaxilə etməkdən öncə oxşar təlimlər keçirmişdi.

“Biz dörd ilə əvvəl və səkkiz il əvvəl keçirilən təlimləri görmüşük və onların rəsmi bəyanatlarına baxmayaraq, nə məşq etdikləri kifayət qədər aydındır. Təbii ki, təlimlərin bir hissəsində onlar müdafiəni məşq edirlər. Amma kimə qarşı müdafiə? Hər bir halda bu məşğələlərin ssenarisi Baltikyani ölkələrə və Polşaya qarşı açıq təhdiddir.”

Lakin o əlavə edir ki, Belarus Rusiyanın hərbi müdaxiləsindən daha çox qorxmalıdır, nəinki NATO üzv ölkələri. Təhlilçinin sözlərinə görə, Moskva Qərbi müttəfiqləri provokasiya etmək istəmir, amma, Belarusda qoşun yerləşdirmək üçün həmişə bir bəhanə tapa bilər.

“Məsələn Rusiya deyə bilər ki, baxın müttəfiqlər Batikyani ölkələrdə öz qoşunlarını yerləşdirib. Ona görə, biz də öz müttəfiqimiz olan Belarusda qoşun yerləşdirəcəyik. Çox sadədir, deyilmi? Deyəcəklər ki, bu bizim cavabımızdır, aqressiya deyil.”

Belarusun Müdafiə Nazirliyinin sözçüsü deyir ki, birgə təlimlərdə iştirak edən Rusiya əsgərlərinin sayı 7000 yerli əsgərdən xeyli azdır.

“Hərbi təlimlərin başlandığı gündən bəri Belarusa göndərilən Rusiya əsgəri qüvvələrinin sayı 3,000 nəfər olub və ondan sonra başqa heç bir qüvvə gətirilməyib.”

“Zapad 2017” adlanan təlimlər 20 sentyabr tarixində bitəcək. Amma Rusiya öncədən planlaşdırdığı kimi bazar ertəsindən etibarən Çin ilə birlikdə şərq sahillərində dəniz və quru hərbi təlimlər keçirəcək. İki ölkə iyul ayında Baltik dənizinin Rusiya hissəsində təlimlər keçirmişdilər. Onlar bildirmişdilər ki, məqsədləri dünya okeanında təhlükəsizliyin inkişaf etdirilməsi idi. Amma çoxları bunu NATO-ya qarşı güc nümayişi kimi görmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG