Accessibility links

Rusiya idmanına böyük zərbə: Yarışlarda iştiraka 4 illik qadağa


Rusiya idmançıları dopinq sxemlərində iştirak etmədiklərini sübut etsələr, yarışlarda neytral idmançılar kimi çıxış edə biləcəklər.

Bazar ertəsi Ümumdünya Antidopinq Agentliyi (WADA) rəsmi Moskvanı antidopinq laboratoriyası məlumatlarını saxtalaşdırmaqda ittiham edərək, 2020-ci ildə Tokiodakı Olimpiya Oyunları və Pekindəki 2022 Qış Olimpiya Oyunları da daxil olmaqla, dünya idman tədbirlərində iştirakına qadağa qoyub.

"Tövsiyələrin tam siyahısı yekdilliklə təsdiq edildi" - deyə, agentliyin rəsmisi Ceyms Fitscerald Lozannada WADA (DADA) İcraiyyə Komitəsinin iclası zamanı qərara münasibət bildirib. Onun sözlərinə görə, DADA İcraiyyə Komitəsi Rusiya Antidopinq Agentliyinin dörd il müddətinə mövcud tələblərə uyğun olmaması ilə bağlı qərarı yekdilliklə təsdiqləyib.

Qərara əsasən rusiyalı idmançılar Tokioda keçiriləcək Olimpiadada neytral idmançılar kimi çıxış edə bilərlər. Bu ancaq DADA-nın xarakterizə etdiyi kimi, dövlət tərəfindən dəstəklənən dopinq sisteminin bir hissəsi olmadığını nümayiş etdirə biləcək idmançılara aiddir. Bundan başqa, Fitscerald qeyd edib ki, Maklaren hesabatında göstərilən dopinq sxemlərində iştirak etmədiklərini və nümunələrinin idarə olunmadığını sübut etməli olacaqlar.

Maklarenin 2016-cı ildə yayımladığı müstəqil hesabat əsasən 2011-2015-ci illərdə Rusiyada dövlət dəstəyi ilə əhəmiyyətli dərəcədə dopinqdən istifadə hallarını göstərib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG