Accessibility links

Tramp Suriyadakı amansızlıqlara görə Rusiya və İranı günahlandırır [Video]


Tramp Suriyadakı amansızlıqlara görə Rusiya və İranı günahlandırır
please wait

No media source currently available

0:00 0:02:21 0:00

ABŞ Prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putini və İranı şənbə günü Suriyada zəhərli hücumun baş verməsinə imkan yaratmaqda günahlandırıb. Suriyalı fəallar və tibbi mənbələrə əsasən, hücum nəticəsində azı 40 nəfər həyatını itirib. Xlor hücumu olduğu güman edilən bu hücum hökümətin İslam Ordusu üsyançı qrupu ilə atəşkəsin kəsilməsindən sonra Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi əraziləri geri almaq əməliyyatı apardığı vaxta təsadüf edir. Bazar günü Tramp Twitterdə Rusiya və İranı Suriya prezidenti Bəşər Əəsdi müdafiə etməkdə və onun qoşunlarının həyata keçirdiyi zorakılıqlara imkan verməkdə ittiham edib.

Bu təkcə Birləşmiş Ştatları narahat edən məsələ deyil. Bu, İkinci Dünya Müharibəsindən bəri, hər bir xalqın üzərində razılaşdığı və qəbuledilməz olaraq gördüyü əməldir.
Tomas Bossert

Suriya paxtaxtı Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi Duma şəhərinə kimyəvi hücuma məruz qalan uşaqların şəkilləri yenidən beynəlxalq qınaqlara səbəb olub. Şahidlər deyib ki, pasientlərdən xlor qoxusu gəlirdi, bəzilərinin isə dərisi göyərmişdi. Bu isə oksigen çatışmazlığının əlaməti ola bilər.

Bazar günü ABŞ prezidenti Donald Tramp hücumu “xəstəlik” və “beyinsizlik” adlandırıb və onların buna görə ağır bədəl ödəyəcəklərinə söz verib.

Ağ Evin milli təhlükəsizlik müşaviri Tomas Bossert ABC kanalının This Week (Bu Həftə) verilişində deyib ki, prezident kabinetinin yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri ilə variantları müzakirə edir.

“Bu təkcə Birləşmiş Ştatları narahat edən məsələ deyil. Bu, İkinci Dünya Müharibəsindən bəri, hər bir xalqın üzərində razılaşdığı və qəbuledilməz olaraq gördüyü əməldir,” o deyib.

Suriya
Suriya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi Suriya hökümətini dəstəkləməkdə günahlandırıb.

“Ey Qərb, Şərqi Qutada şəhid edilən bu uşaqlara, bu qadınlara, bu insanlara nə zaman dönüb baxacaqsınız ki, biz də ‘bunlar adil hərəkət edirlər’ deyək,” Ərdoğan söyləyib.

Şənbə günkü xlor hücumu Tramp ordu liderlərinin məsləhətlərinin əksinə ABŞ qoşunlarını Suriyadan çıxarmaq istədiyini deyəndən bir neçə gün sonra baş verib. Bossert deyib ki, Birləşmiş Ştatlar dünyanın təhlükəsizliyi üçün öhdəsinə düşəndən daha çox şey edib.

Ey Qərb, Şərqi Qutada şəhid edilən bu uşaqlara, bu qadınlara, bu insanlara nə zaman dönüb baxacaqsınız ki, biz də ‘bunlar adil hərəkət edirlər’ deyək.
Rəcəb Tayyib Ərdoğan

“Artıq balans yaratmaq və cəbhə xəttinə təkcə Amerika qoşunlarını deyil, regional tərəfaşlar və bu məsələdə maraqları olan digərlərinin oğlan və qızlarını cəbhəyə göndərmək vaxtıdır. Amerika qoşunları Yaxış Şərq və Suriyada 6-7 münaqişə və müharibəni həll edə bilməyəcək,” Bossert deyib.

ABŞ Dövlət Departamenti Rusiyanı Suriya prezidentinə dəstəyinə son qoymağa və “gələcəkdə barbar kimyəvi silah hücumlarının qarşısını almaq üçün” beynəlxalq ictimaiyyətlə əməkdaşlıq etməyə çağırıb.

Rusiya və Suriya kimyəvi hücumun baş verdiyini inkar edir. Əsədin qüvvələri bir il öncə İdlibdə üsyançılara qarşı bənzər hücum həyata keçirməkdə ititham olunub. Beynəlxalq təhqiqatçılar Suriya hava qüvvələrinin həmin hücumda sarin qazından istifadə etdiyini dair nəticə çıxarıb. Həmin hücumda 100 nəfər ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG