Accessibility links

Sərhədsiz Reportyorlar Rusiya və İranı dünyanın 20 “ən pis rəqəmsal yırtıcısı” siyahısına salıb


Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) bildirdiyinə görə, Kreml tərəfdarı sosial media istifadəçiləri və İranın dövlət qurumları dünyanın 20 “ən pis rəqəmsal yırtıcısı” siyahısında yer alır. Təşkilat bunu ifadə və fikir azadlığına ciddi hədə adlandırır.

Parisdə qərargahlanan mətbuat azadlığı qurumu mart ayının 12-də Dünya Kİbersenzuraya Qarşı Mübarizə günü ərəfəsində bəyanat yayıb.

RSF bildirir ki, siyahıya salınan avtoritar ölkələrdəki dövlət agentliklərinin sayı tükənməzdir. Qurum özəl sektora daxil olan şirkətlərin də Britaniya və ABŞ daxil edilməklə, Qərb ölkələrində yerləşən şirkətləri kibercasusuluq hədəfinə çevirdiyini bildirir.

“Yırtıcılıq fəaliyyətlərinin arxasında duran avtoritar liderlər əlbir olduqları və onlara tabe olanlar vasitəsi ilə öz caynaqlarını mətbuat azadlığına qarşı işlədir” - deyə, RSF-in baş katibi Kristof Deluarın bəyanatnda bildirilir.

Təşkilatın bəyanatında deyilir ki, "Kremlin trol ordusu", Rusiyada mediaya nəzarət edən Roskomnadzor idarəsi jurnalistlərə qarşı casusluq, onların susdurulması, beləliklə ictimaiyyətin məlumat almasının qarşısını almaqla məşğuldir.

Bildirilir ki, İranın Kiberfəza Ali Şurası rəqəmsal texnologiyadan jurnalistlərə qarşı təzyiq mexanizmi kimi istifadə edir. RSF bu şuranın insanların xəbər və məlumat əldə etməsinə mane olduğunu virğulayır.

Təşkilat Rusiyada 490 min saytın xəbərdarlıq verilmədən və hüquqi prosedurlara əl atılmadan bağlandığını, habelə saytların qara siyahısının hazırlandığını bildirir.

Bundan əlavə Rusiyada serverlərinin bu ölkədə saxlanmasını istəməyən və şifrələrini hökumətə verməkdən imtina edən platformaların fəaliyyətinə son qoyulur.

Kremlyönümlü istifadəçilər saxta xəbər, video, şəxsi məlumat yayaraq jurnalistlərin reputasiyasına xələl gətirməyə çalışır.

XS
SM
MD
LG