Accessibility links

Rusiya İŞİD-in liderini öldürdüyünü iddia edir


Kəşfiyyat analitikləri İslam Dövlətinin lideri Əbu Bəkr Əl-Bağdadinin ötən ay hava hücumunda öldürülüdüyünə dair xəbərlərə şübhə ilə yanaşır.

ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlarının sözçüsü polkovnik Rayan Dillon deyib ki, ABŞ hələ ki, bu xəbəri təsdiq edə bilməyib.

Cümə günü Rusiya ordusu bildirib ki, may ayının sonunda Suriyada İslam Dövləti qrupunun komandirlərinə qarşı keçirdiyi hava hücumları nəticəsində terror qrupunun liderinin öldürüldüyü güman edilir.

Rusiyanın Müdafiə Nazirliyinin Facebook-da yaydığı bəyanatda İŞİD-in de-fakto paytaxtı Rəqqa yaxınlığında həyata keçirilən hücumda İŞİD-in lideri Əbu Bəkr Əl-bağdadinin iştirak etdiyi iclas hədəf alınıb.

Bəyanatda həmçinin bildirib ki, mayın 28-də Rəqqanın cənubunda keçirilən İŞİD iclasını hədəf alan hava hücum nəticəsində 30 orta səviyyəli lider və 300 doyüşçü öldürülüb.

Nazirlik deyib ki, hücum İŞİD liderlərinin terror qrupunun de-fakto paytaxtı Rəqqadan çıxmasının müzakirə etmək üçün toplandığı zamana təsadüf edib.

Rusiya ordusu “müxtəlif mənbələr” vasitəsilə Əl-Bağdadinin ölüb-ölmədiyini yoxlamağa çalışdını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın şərqində əməliyyatları gücləndirir
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG