Accessibility links

Rusiyada COVID-19 pandemiyası ilə bağlı məlumat yazan jurnalistlər təzyiqlərə məruz qalır


Bu yaxınlarda Novosibirskdə fəaliyyət göstərən Taiga.info xəbər saytında COVID-19 simptomları olduğundan şübhələnən bir xəstənin təcili yardım çağırdığını, çağırılan ünvana gələn paramediklərdə əlcək, maska və digər qoruyucu vasitələrin olmadığı haqda məqalə dərc edilib.

"Novosibirsk təcili yardım xidmətinin rəhbərliyi prokurorluğa və Roskomnadzora [dövlət mediası monitorinq agentliyi] şikayət məktubu yazıb" - deyə,saytın redaktoru Aleksey Mazur Azadlıq Radiosuna bildirib.

"Bir neçə gün sonra, mümkün koronavirus yoluxmaları ilə mübarizə aparan təcili tibbi yardım həkiminə COVID-19 diaqnozu qoyuldu və məlum oldu ki, onun yalnız adi maskası olub və ona respirator verilməyib" Mazur deyib.

Bu ayın əvvəlində Azadlıq Radiosunun Rusiya xidmətinə yazan sankt-peterburqlu jurnalist Tatyana Voltskaya yerli bir həkimlə etdiyi müsahibə zamanı həkimin şəhərdə ventilyasiya və yüksək ixtisaslı həkim çatışmazlığı barədə xəbərdarlıq etdiyini deyib. Voltskayanın dediyinə görə, həkim danışdığına görə cəzalandırılacağından narahat olduğu üçün adının açıqlanmasını istəməyib.

Müsahibə dərc olunandan bir neçə gün sonra, Voltskaya ona müstəntiqindən telefon zəngi gəldiyini deyib. "O, dərhal mənbənin adını açıqlamamı istədi, mən isə imtina etdim" - deyə, Voltskaya bildirib.

Voltskaya müstəntiqin yalnız həkimin işlədiyi xəstəxanada lazımi vəsaitin olduğundan əmin olmaq istədiyini iddia etdiyini deyib.

Ölkədə artan COVID-19 pandemiyasını və Rusiya hökumətinin bunun öhdəsindən gəlmək üçün səylərini işıqlandıran Rusiyanın müstəqil jurnalistləri oxşar təzyiqlərlə qarşılaşır. Martın 31-də, hökumət ümumi karantin və digər fövqəladə tədbirlər elan etməzdən əvvəl, parlament səhiyyədə böhranı ilə bağlı "saxta məlumatlar" yayanların cəzalandırılacağına dair qanun qəbul edib və prezident Vladimir Putin bu qanunu aprelin 1-də imzalayıb.

Aprelin 4-də Sankt-Peterburqda yaşayan fəal Anna Şuşpanova yerli xəstəxanada gigiyena tədbirləri ilə bağlı narahatlıqlarını sosial mediada bölüşdüyü üçün qanuna əsasən istintaqa cəlb olunan ilk şəxs olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG