Accessibility links

Rusiyalı jurnalist ona qarşı irəli sürülən ittihamı “rüsvayçı” adlandırıb


Terrorizmə açıq şəkildə haqq qazandırmaqda günahlandırılan rusiyalı jurnalist bazar ertəsi ona qarşı irəli sürülən ittihamı “rüsvayçılıq” adlandırıb və bunun senzuranın artmasının əlaməti olduğunu deyib.

Təqsirləndirildiyi təqdirdə yeddi ilə qədər həbs cəzası gözlənilən Svetlana Prokopyeva 2018-ci ilin noyabr ayında özünü Archangelsk şəhərinin Təhlükəsizlik Xidməti (FSB) ofisində özünü partladan 17 yaşlı gənclə bağlı radio proqramında apardığı çüzakirədən sonra rəsmilərlə problem yaşayıb.

Hökumətin terror aktı kimi qeydə aldığı hadisədə gənc oğlan ölmüş, daha üç nəfəri yaralanmışdı.

Prokopyeva verilişində dövlətin müxalif rəylərə münasibətini tənqid edib. O deyib ki, bu, Arxangelskdə olduğu kimi radikal eitrazlara yol aça bilər.

Prokopyeva bazar ertəsi Reuters xəbər agentliyinə "bir jurnalist olaraq işimi gördüyüm üçün mühakimə olunuram" deyib.

"Bunu etmədiyimi sübut edə bilmirəm, mən işimi görmüşəm və indi onlar mənə işimin cinayət olduğunu deyirlər. Mənim sözlərində terroru dəstəkləyən heç bir əsas yoxdur. Mən terrorun qarşısının necə alına biləcəyi haqqında danışırdım" - deyə, o bildirib.

Dövlət prokuroru Natalya Meleşçenko ekspert rəylərinə istinadən Prokopyevanın intihar hücumlarının normal bir siyasi aksiya olaraq xarakterizə və bunu təşviq etdiyini deyib.

XS
SM
MD
LG