Accessibility links

Rusiya kapital gəlirinin vergilərini azaltmağı planlaşdırır


Cənab Medvedev deyib ki, investisiya dövriyyəsi Rusiya iqtisadiyyatını inkişaf etdirmək və müasirləşdirmək üçün əsas amildir

Rusiya xarici investisiyaları inkişaf etdirmək və iqtisadiyyatı müasirləşdirmək üçün kapital gəlirindən vergiləri azaltmağı planlaşdırır. Dmitri Medvedev bunu ölkənin ən yüksək iqtisadi toplanışı sayılan illik Sank Peterburq iqtisadi forumunda elan etmişdir. O deyib ki, 2011-ci ildən başlayaraq uzun müddətli xarici investisiyalar üçün kapital gəlirindən vergilər ləğv ediləcək. Cənab Medvedev deyib ki, investisiya dövriyyəsi Rusiya iqtisadiyyatını inkişaf etdirmək və müasirləşdirmək üçün əsas amildir. Bu il Rusiyada iqtisadi artımın dörd faiz olacağı gözlənilir.

Cənab Medvedev hökumətin sahibkarlar üçün əlverışli mühit yaratmaq istiqamətində iş görəcəyini bildirib. O, xarici iş adamları üçün viza məhdudiyyətlərinin azaldılması və iş adamlarının iqtisadi cinayətlərə görə həbsə alınma hallarının məhdudlaşdırılmasını nəzərdə tutub. Rusiya lideri çoxsaylı tənqidçilərin ölkədə iş görmək üçün əsas maneə kimi tanınan geniş yayılmış korrupsiya və ölkənin qapalı siyasi quruluşu kimi məsələləri ünvanlamayıb.

XS
SM
MD
LG