Accessibility links

Rusiyada matəm elan edilib


Martın 25-də Sibirin Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğın çoxu uşaq olmaqla, azı 64 nəfərin ölümünə səbəb olub. Xilasetmə dəstələri hələ də cəsədlərin axtarışını davam edir, yerli sakinlər isə itkilər barədə dəqiq məlumat almağa çalışır.

“Yanğın siqnallizasiya sisteminin işləməsi əvəzinə bağlı qapılar, ağır tüstü və sakitlik” deyir: “Qış albalısı” ticarət mərkəzindəki yanğının şahidləri və sağ qalanlar.

Yanğın bazar günü, uşaqlar üçün oyun meydançası, heyvanxana və kino-teatrın olduğu izdihamlı ticarət mərkəzində baş verıb. Yanğının uşaqların oyun mərkəzində başladığını, lakin naməlum səbəbdən siqnalizasiyanın işə düşmədiyi deyilir.

Yanğın başlayanda onlarla uşaq kino-teatrın qapısı arxadan bağlı olduğu üçün içəridə qalıb. Uşaqlardan bəziləri ya mesaj, ya da telefonla valideynləri ilə vidalaşıb.

Qəzəbli etirazçılar Kemerovo küçələrinə çıxıb. Şahidlər ölənlərin sayının daha çox olduğunu dedikləri üçün şəhər sakinlərı dəqiq məlumat tələb edir.

Tədqiqatçılar müasir Rusiya tarixindəki ən ölümcül yanğının səbəblərini araşdırdığı bir vaxt, Kemerovoda çoxları hələ də itkin düşən yaxınlarının adlarının ölməyənlər siyahısında olması üçün dua edir.

XS
SM
MD
LG