Accessibility links

ABŞ rəsmisi: Rusiya kiber məkanda daha da aqressivdir


ABŞ-ın Milli Kəşfiyyat agentliyinin direktoru Dan Kouts

Rusiya kiber məkanda aqressiv davranışından geri çəkilmir, əksinə Birləşmiş Ştatlara qarşı daha aqressiv şəkildə fəaliyyət göstərir. Bunu ABŞ kəşfiyyatının ən yüksək səviyyəli rəsmilərindən biri bildirib.

“Rusiya kiber məkanda tamamilə aydın şəkildə daha aqressiv davranış formalarından istifadə edərək, kiber casusluq əməliyyatlarını artırır və komputer şəbəkələrindən oğurlanmış informasiyanın sızdırılması ilə məşğul olur”, ABŞ-ın Milli Kəşfiyyat agentliyinin direktoru Dan Kouts (Dan Coats) bildirib.

O, Rusiyanın kiber əməliyyatlarının miqyası və hədəfləri ilə bağlı detalları açıqlamasa da, müxtəlif ölkələrdə ictimai fikrə təsir göstərməyə çalışan daha çox sayda oyunçuların cəlb olunduğu barədə xəbərdarlıq edib.

Rusiya kiber məkanda tamamilə aydın şəkildə daha aqressiv davranış formalarından istifadə edərək, kiber casusluq əməliyyatlarını artırır
Dan Kouts

“Əleyhdarlar internetdən “əks-səda effekti” kimi istifadə etməyə çalışır. Bu da informasiya, ideyalar və ya məlumatların təkrar vasitəsilə daha da gücləndirilməsindən ibarətdir. Onların məqsədi bizim təsisatlarımıza inamı azalmaq, ya da birlik naminə zorakılığa yol verməkdən ibarətdir”, Dan Kouts Vaşinqtonda Billington Kiber Təhlükəsizliyə dair sammitində çıxışında bildirib.

Milli Kəşfiyyat agentliyinin direktorunun sözlərinə görə, hakerlər daha çox ABŞ-ın müdafiə sənayesini öz hədəflərinə çevirir.

“Bu kimi müdaxilələr, oğurluq, ya da casusluq məqsədilə edilsə də, Birləşmiş Ştatlara qarşı kiçik kiber hücum törətmək istəyən əleyhdarlar tərəfindən səhvə yol verilməsi qarşısı alınmaz ciddi və hətta fəlakətli nəticələrə gətirib çıxara bilər”, o bildirib.

Yanvar ayında açıqlanan hesabatda ABŞ-ın kəşfiyyat agentlikləri Rusiya prezidenti Vladimir Putinin 2016-cı il prezident seçkilərində o zaman namizəd olmuş Donald Trampın xeyrinə müdaxilə etmək məqsədilə presendenti olmayan “müdaxilə kampaniyası”nı şəxsən sanksiyalaşdırdığı haqda nəticə çıxarıb.

ABŞ prezidenti seçildikdən sonra Tramp dəfələrlə bu nəticələri sual altına alaraq, Rusiyanın məsuliyyət daşıdığına dair əsaslı dəlillərin olmadığını deyib.

Birləşmiş Ştatlara qarşı kiçik kiber hücum törətmək istəyən əleyhdarlar tərəfindən səhvə yol verilməsi qarşısı alınmaz ciddi və hətta fəlakətli nəticələrə gətirib çıxara bilər
Dan Kouts

Lakin bununla belə keçən həftə Facebook şirkətinin apardığı daxili təhqiqat nəticəsində Rusiya ilə əlaqəsi olan 470 hesab tərəfindən keçən il prezident seçkiləri zamanı minlərlə siyasi reklamın maliyyələşdirildiyi aşkar edilib.

Facebook bildirib ki, təhqiqat həmçinin “Rusiyada yaradılmış ola bilən” daha 2200 reklamın mövcud olduğunu müəyyən edib. Buraya “IP ünvanları Birləşmiş Ştatlarda olan, lakin rus dilindən istifadə edilən hesablar tərəfindən alınmış reklamlar” da daxildir.

Bu səhifələrin hamısı bağlanıb.

Senatın Kəşfiyyat Komitəsinin sədri, demokrat senator Mark Uorner keçən həftə təhlükəsizliyə dair konfransda xəbərdarlıq edib ki, “bu tapıntılar aysberqin görünən hissəsi ola bilər”. Qanunvericinin sözlərinə görə, Rusiyanın Tvitter və Google kimi sosial media platformalarından istfadə edə bilməsi mümkündür.

XS
SM
MD
LG