Accessibility links

Rusiyada koronavirusa yoluxma halları rekord həddə çatıb


Rusiyada koronavirusa gündəlik yoluxma halları cümə axşamı rekord həddə çatıb. Fransa və Almaniyanı geridə qoyan Rusiya yoluxma hallarına görə dünyada beşinci yeri tutub. Moskva meri rəsmi statistikanın dəqiq rəqəmləri əks etdirmədiyini, yoluxma hallarının daha yüksək olduğunu deyib.

Son 24 saat ərzində 11231 hal qeydə alınmaqla, rəsmi say 177 160-a çatıb ki, bu da Rusiyanın hazırda Almaniya və Fransadan irəlidə olduğu deməkdir.

Yoluxma və ölüm hallarının yarısından çoxu Rusiyanın paytaxtı Moskvada qedə alınıb. Cümə axşamı Moskvada 6703 hal qeydə alınıb ki, bu yoluxma hallarını rekord həddə çatdırıb. Hazırda patyaxtda rəsmi say 92 676-dır.

Lakin Moskva şəhərinin meri Sergey Sobyanin araşdırmaların Rusiya paytaxtında yoluxanların sayından üç dəfə çox, təxminən 300 min olduğunu deyib.

Moskvanın Səhiyyə Nazirliyi koronavirus testlərinin gecikdirilməsinin çox hallarda saxta nəticələr verdiyini, getdikcə daha çox moskvalıda heç bir simptom müşahidə edilmədiyi və ya xəstəliyi yüngül formada keçirdiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG