Accessibility links

Rusiyanın cənub regionunda yüzlərlə insan koronavirusla əlaqədar məhdudiyyətlərə etiraz edib


Dövlət televiziyasının və nümayişçilərin bildirdiyinə görə, bazar ertəsi Rusiyanın cənubunda yüzlərlə insan regional hökumətin koronavirus səbəbindən məhduduyyətlər qoymasını və gördüyü tədbirlərin gərəksiz olduğunu deyərək, etiraz aksiya keçirib.

Rusiya ərazisindəki müəssisələrin məcburi şəkildə bağlanması və sərt təcridetmə tədbirləri əmək haqqının aşağı olduğu və virusun daha az yayıldığı regionlarda bir çox sakinin iqtisadi vəziyyətinə ağır təsir göstərib.

Bu günə qədər Rusiya 47121 koronavirusa yoluxma barədə məlumat verib, Lakin bazar ertəsi Rusiyanın cənubunda etiraz aksiyasının keçirildiyi Şimali Osetiya Respublikasında rəsmi olaraq 145 yoluxma və 2 ölüm halı qeydə alınıb.

Respublikanın başçısı Vyaçeslav Bitarov regionun paytaxtı Vladiqavqazda etirazçılara müraciət edib. Video görüntülərdə şəhərin meydanına sıx şəkildə toplaçan insanları və qoruyucu geyimdəki polis işçilərini görmək olub.

Yerli medianın verdiyi bəzi məlumatlara görə, həbs edilənlər də daxil edilməklə, etirazçıların heç biri maskada olmayıb.

XS
SM
MD
LG