Rusiya və Ukraynada infeksiyaların artması fonunda oktyabrın 26-da koronavirusdan rekord sayda ölüm hallarının qeydə alındığını bildirilib.
Rusiyada son 24 saat ərzində COVID-19-dan 1106 nəfər ölüm halı qeydə alınıb, bu, pandemiyanın başlanmasından bəri ən yüksək göstəricidir. Hökumətin COVID-19 İşçi Qrupu bir gün əvvəl 37930 olduğu halda son bir sutkada koronavirusa 36446 yeni yolucma halının qeydə alındığını bildirib.
Rusiya noyabrın ilk həftəsi ölkə boyu iş yerini bağlamağa hazırlaşır və Moskva oktyabrın 28-dən etibarən karantin rejimini qismən bərpa edəcək.Yalnız apteklər və supermarketlər kimi vacib mağazaların açıq qalmasına icazə veriləcək.
Rəsmilər artan ölüm və yoluxma hallarının peyvənd nisbətlərinin yavaş olması ilə əlaqələndirir. Prezident Vladimir Putin peyvənd vurduran insanlara iki günlük maaşlı məzuniyyət verilməsinə göstəriş verib.
Ukraynanın səhiyyə orqanları oktyabrın 26-da son 24 saat ərzində koronavirusdan ölənlərin sayının rekord - 734 nəfər olduğunu bildirib.
Oktyabrın 22-də ölkədə ən yüksək göstərici 614 olub.
Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində ölkədə 19120 yeni yoluxma halı qeydə alınıb. Ukraynada ümumilikdə koronavirusa 2.8 milyon yoluxma, 64936 ölüm halı qeydə alınıb.
İnfeksiya və ölüm hallarının artması paytaxt Kiyev də daxil olmaqla, oktyabrın 22-dən etibarən yüksək yoluxmanın olduğu bölgələrdə məktəblərin iki həftəlik bağlanmasına səbəb olub.