Accessibility links

Rusiya Krım tatarlarının iki liderini azad edib


İlmi Umerov
İlmi Umerov

Rusiya Moskvanın Ukraynanın Krım regionunu işğal etməsinə qarşı çıxaın Krım tatarlarının tanınmış iki liderini azad edib. Bu haqda onların vəkili məlumat verib.

Ukrayna lideri Türkiyə prezidentinə onların azad edilməsinə vasitəçilik etdiyinə görə təşəkkürünü bildirib.

Krım tatarlarının yarı-rəsmi Məclisinin üzvü olan İlmi Umerov keçən ay Rusiya məhkəməsi tərəfindən separatçılaq ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilmişdi.

Krım tatarlarının daha bir lideri olan Ahtem Çiygoz Rusiya əleyhinə etiraz nümayişlərinə çağırdığına görə səkkiz il həbs cəzası almışdı.

Rusiya rəsmiləri hələlik Umerov və Çiygozun azad edilməsinə reaksiya bildirməyib.

Müsəlman türk icmasına mənsub tatarlar Krım əhalisinin 15 faizini təşkil edir. Tatarların böyük əksəriyyəti Rusiyanın yarımadada idarəçiliyinə qarşı çıxış edərək, 2014-cü ildə yarımadanın işğalının qanunsuz olduğunu bildirib. Qərb ölkələri bu mövqeyi dəstəkləyir. Krım tatarları sovet diktatoru İosif Stalinin dövrü kütləvi sürgünə məruz qalmışdı.

Krım tatarlarının lideri Nəriman Cəlalov Reuyters xəbər agentliyinə İlmi Umerov və Ahtem Çiygozun Türkiyədə olduqlarını bildirib.

“Bu, Türkiyə və Rusiya arasında Ukraynanın iştirakı ilə danışıqların nəticəsidir. Ərdoğanın Kiyevə səfərindən sonra Rusiyanın məsul orqanlarının nümayəndələri Umerovun Krımdakı evinə gələrək, şərtlərlə razılaşdıqlarını bildiriblər”, o deyib.

Ukrayna prezidenti Petro Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Krım tatarlarının iki liderinin azad edilməsində oynadığı roluna görə təşəkkürünü ifadə edib.

Moskva Krım əhalisinin böyük əksəriyyətinin Rusiyaya birləşmək üçün referendumda səs verdiyini bəyan edir.

Qərb hökumətləri və insan haqları qrupları Krım tatarlarının iki liderinin Rusiyanın Krımı işğal etməsinə qarşı çıxış etdiyinə görə həbs edildiyini bildirərək, onların azad edilməsi üçün Moskvaya təzyiq göstərib.

BMT-nin insan haqlarına dair hesabatında bildirilir ki, Rusiya Krımda ciddi insan hüquqları pozuntularına yol verib. Buraya insanları vətəndaşlığın qəbul etdirilməsinə məcbur etdirmək və məhbusları deportasiya etmək daxildir. Moskva bu iddiaları əsassız adlandırıb.

XS
SM
MD
LG