Accessibility links

Rusiya Müdafiə Nazirliyi koronavirusa qarşı peyvəndin hazır olduğunu bildirir, Səhiyyə Nazirliyi bunu təkzib edir


Rusiya Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov verdiyi müsahibədə bildirib ki, Rusiyanın koronavirus peyvəndi artıq hazırdır.

"Buraxılış zamanı istisnasız olaraq bütün könüllülər koronavirusa qarşı immunitet alaraq özlərini normal hiss ediblər. Beləliklə, yeni koronavirus infeksiyasına qarşı ilk yerli peyvənd hazırdır" - deyə, o qeyd edib.

Lakin Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov RBK tele kanalına peyvəndin klinik sınaqlarının davam etdiyini və ikinci mərhələyə daxil olduğunu bildirib. Bu nəticələr əsasında peyvəndin dövlət qeydiyyatı məsələsi həll ediləcək.

"Hazırda Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mikrobiologiya və Epidemiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin ikinci sınaq mərhələsi davam edir və son mərhələsindədir" - deyə, məlumatda qeyd olunur.

Rusiyada üç qurum peyvənd üzərində çalışır - Qamaleya adına mərkəz (Moskva), "Vektor" Elmi Viroloji və Biotexnologiya Mərkəzi (Novosibirsk) və FMBA peyvənd və serum institutu (Sankt-Peterburq). Qamaleya Mərkəzinin rəhbəri Aleksandr Qinzburq əvvəllər peyvəndin ilk partiyalarının tibb müəssisələrinə avqustun ortalarında veriləcəyini və kütləvi istehsalın sentyabr ayında başlayacağını demişdi. Müdafiə Nazirliyinin hərbçiləri sınaqlarda könüllü olaraq iştirak ediblər. Xarici elm adamları bunun mümkünlüyünə və peyvəndin özünün təsirli olacağına şübhə etdiklərini ifadə ediblər.

35-dən çox laboratoriya dünyada müxtəlif koronavirus peyvəndləri üzərində işləyir. Oksford Universitetinin alimlər irəlidədir - peyvəndlər artıq könüllülər üzərində sınaqdan keçirilir. ABŞ-da da həmçininüç şirkət klinik sınaq keçirir.

İyulun 16-da İngiltərə, ABŞ və Kanada Rusiya hakimiyyəti tərəfindən dəstəklənən hakerləri dünya elmi və əczaçılıq təşkilatlarının koronavirusun peyvəndi və müalicəsi ilə bağlı araşdırmalarını oğurlamaqda ittiham edib.

XS
SM
MD
LG