Bu gün Moskvada minlərlə insan rus uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsini yasaqlayan qanuna etiraz olaraq aksiya təşkil edib. Əllərində qanunun leyhinə səs verən millət vəkillərinin şəkillərini daşıyan nümayişçilər “ayıb olsun” şüarları səsləndirib.
İcazəli aksiya bir il əvvəl prezident Vladimir Putin əleyhinə yürüş keçirən müxalifət liderləri tərəfindən təşkil edilib.
Qanun ABŞ-ın “Sergey Maqnitski-Qanunun aliliyi və məsuliyyət” adlanan qanun layihəsinə cavab mahiyyəti daşıyır. Sənəd Hermitage Capital Management şirkətinin vəkili Sergey Maqnitskinin ölümü ilə əlaqəsi olan Rusiya məmurlarına ABŞ ərazisinə səyahət məhdudiyyətləri tətbiq etməklə yanaşı, onların ABŞ yurusdiksiyası altında olan hesablarının dondurulmasını nəzərdə tutur.
Müxalifət Rusiyanın övladlıqla bağlı qanununun amerikalılar deyil, kimsəsiz uşaqların əleyhinə olduğunu deyir.