Accessibility links

Rusiyada istismar müddəti keçmiş avtomobillər qadağan edilə bilər


Rusiya Dövlət Dumasının iqtisadi siyasət və sənaye komitəsi ölkədə “istismar müddəti keçmiş” avtomobillərin qadağan olunmasını təklif edib. Bu haqda “Kommersant” qəzeti yazıb.

Təşəbbüs komitə sədrinin müavini Alfia Koqoqinadan gəlib. O, Tatarıstanı təmsil edir, “KAMAZ”ın lizinqi və satışının inkişafı üzrə keçmiş direktoru, “KAMAZ” prezidenti Sergey Koqoqinin həyat yoldaşıdır.

Komitə artıq öz tövsiyələrini Nəqliyyat Nazirliyinə və Sənaye və Ticarət Nazirliyinə göndərib. TASS agentliyi Nəqliyyat Nazirliyinin bu təklifi “öyrəndiyini”, digər qurumun isə əleyhinə çıxdığını bildirir. Avtomobil istehsalçıları “hə” deyir.

Təşəbbüsü Rusiyanın böyük avtomobil istehsalçıları olan “KAMAZ”, “Sollers” və GAZ artıq dəstəkləyib.

“Avtoparkın yenilənmə tempinin aşağı olması, köhnə texniki baxış standartlarının çəkisinin yüksəkliyi Rusiya avtomobil bazarının əsas problemlərindəndir”, Sollersdən bildiriblər.

“Yollardakı ölüm hallarına görə bu addımın tətbiqinin vaxtı çoxdan çatmışdı”, GAZ-da bu fikirlə razılaşıblar.

“Köhnə texnikanın detal və aqreqatlarının sıradan çıxmaq riski əhəmiyyətli dərəcədə yüksəkdir, marka və istehsal ölkəsindən asılı olmayaraq belədir. Heç bir texniki baxış isə material və komponentlərin, avtobusun qəfil dayanmasına səbəb olacaq dağılmasını müəyyənləşdirə bilməz”, şirkətdən bildiriblər.

Konkret neçənci ilə məxsus avtomobillərin qadağan olunması istənilir. Dövlət Dumasının təkliflərində bu haqda bir söz deyilmir. Ancaq sənəddən belə çıxır ki, bu qadağa Rusiyada ekoloji durumu yaxşılaşdırmalı, yollarda təhlükəsizliyi artırmalıdır.

Sənaye və Ticarət Nazirliyi hələ 2013-cü ildə təklif edirdi ki, kommersiya nəqliyyatı üçün maksimum hədd 7-15 il müəyyənləşdirilsin. O zaman qurum “Yol nəqliyyatının təhlükəsizliyi” qanununa dəyişikliklər də hazırlamışdı: 12-25 ildən yuxarı yük maşınlarının tədricən istismardan çıxarılması təklif olunurdu.

Ancaq nazirlikdə indi hesab edirlər ki, köhnə texnikanın dövriyyədən çıxarılması qadağalarla tənzimlənməməlidir, ekoloji tədbirlərlə dəstəklənməlidir: məsələn, dövlət yeni, ekoloji təmiz avtomobil alanlara subsidiya ayıra bilər.

Rəsmi məlumata görə, Rusiyada 60,5 milyon nəqliyyat vasitəsinin üçdə birindən çoxunun (20,9 milyon) istismar müddəti 15 ildən artıqdır, 10 milyonu isə 10 ildən çoxdur.

Hazırda Rusiya qanunvericiliyində köhnə avtomobillərin istismarına hər hansı məhdudiyyət yoxdur.

Yalnız uşaqlar üçün nəzərdə tutulmuş avtobuslara məhdudiyyət qoyulub: 2020-ci ildən istismar müddəti 10 ildən artıq avtobuslar xəttə buraxıla bilməz.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG