Accessibility links

Rusiyada matəm elan olunub


Flowers and candles are placed in memory of victims of the crashed plane in the center of Sochi, Russia, Dec. 25, 2016.
Flowers and candles are placed in memory of victims of the crashed plane in the center of Sochi, Russia, Dec. 25, 2016.

Rusiya rəsmiləri bazar ertəsini milli matəm günü elan ediblər və 92 nəfərin ölümü ilə nəticələnən Rusiya hərbi sərnişin təyyarəsinin qəzaya uğramasının terror hücumu da daxil olmaqla hər bir səbəbinin araşdırıldığını bildirib.

Bazar ertəsi Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bazar günü baş verən qəzaya böyük ehtimalla pilotun səhvi və ya texniki nasazlığın səbəb olduğunu deyib. Rəsmilər terror hücumu ehtimalının çox az olduğunu desələr də, Rusiyanın xüsusi İstintaq Komitəsi qəzayla bağlı cinayət istintaqı başladıb.

Təyyarə yaxşı hava şəraiti altında Soçi hava limanından qalxandan iki dəqiqə sonra Qara dənizə düşmədən öncə heç bir fəlakət siqnalı göndərməyib. Qəza nəticəsində 8 ekipaj üzvü və 84 sərnişin həlak olub. Sərnişinlər arasında Rusiyanın bütün dünyada Qırmızı Ordu Xoru kimi tanınan məşhur Aleksandrov Ansamblının onlarla üzvü də olub.

Müdafiə naziri deyib ki, 100 dalğıc daxil olmaqla 32 gəmidə 3 min xilasetmə işçisi qəza nəticəsində sağ qalanların axtarışlarını davam etdirir. Xilasetmə işçiləri helikopter, dronlar və sualtı qayıqlarla dəstəklənir.

Bazar günü gecə artıq 11 cəsəd, eləcə də bəzi bədən parçaları tapılıb.

Rusiya prezidenti Vladimir Putin bazar ertəsini matəm günü elan edib və təyyarənin qəaya uğramasının səbəbini müəyyən etmək üçün lazım olan hər şeyin ediləcəyini deyib.

Təyyarə Suriyadakı Xmeimin hava bazasına doğru yola çıxmışdı. Orada xor Rusiyanın hərbi personalı üçün Yeni İl konsertində çıxış edəcəkdi.

XS
SM
MD
LG