Accessibility links

Rusiyada metro hücumu ilə əlaqədar üç nəfər həbs edilib


Cümə axşamı Rusiya polisi bu həftənin əvvəli Sankt Peterburqda metroda baş verən intiharçı bomba hücumu ilə əlaqəli üç nəfəri həbs edib.

Polis şübhəlilərin hücumçu Əkbərcan Cəlilovla eyni regiondan olduqlarını bildirir. Bundan əlavə onlar üç şübhəlinin Sankt Peterburq yaxınlığında yaşadığı evdə partlamamış bomba tapdıqlarını deyiblər.

Rusiya İstintaq Komitəsi müstəntiqlərin mənzildə əlavə dəlillərin aşkar etdiyinə də bildirib.

Reuters xəbər agentliyinin verdiyi məlumata görə, mənzildə tapılan bomba bazar ertəsi metroda partlamamış halda tapılan bombaya oxşayır.

Bundan bir gün öncə Sankt Peterburqda İslam Dövləti və digər ekstremist qruplara döyüşçü cəlb edən daha səkkiz mərkəzi asiyalı şəxs həbs edilib.

Militant qruplara ən çox döyüşçü Mərkəzi Asiyanın yoxsul ölkələrindən qoşulur.

Regiondan minlərlə insanın İraq və Suriyada İŞİD sıralarında döyüşdüyü təxmin edilir.

Dövlət orqanları həbs olunan bu səkkiz nəfəri hücumla əlaqələndirən dəlillərin olmadığını bildirir.

Bazar ertəsi 14 nəfərin ölümü, 50-dən çon insanın yaralanmasına səbəb olan intiharçı bomba hücumuna görə məsuliyyəti üzərinə götürən olmayıb.

XS
SM
MD
LG