Accessibility links

Rusiya NATO ölkələrində yerləşdiriləcək bazalara məhdudiyyət qoyulmasını tələb edir


Rusiya NATO ölkələrində yerləşdiriləcək bazalara məhdudiyyət qoyulmasını tələb edir
Rusiya NATO ölkələrində yerləşdiriləcək bazalara məhdudiyyət qoyulmasını tələb edir

Rusiyanın nüfuzlu qəzeti yazır ki, Moskva NATO ilə Rusiyanın razılıqlarının Mərkəzi Avropadakı yeni NATO ölkələrində yerləşdiriləcək alyans bazalarının sayında məhdudiyyətlərlə müşayiət olunmasını tələb edir. Kommersant qəzetinin məlumatına görə, Rusiya NATO-ya yönəlik mövqeyi ondan ibarətdir ki, 1991-ci il Sovet İttifaqının dağılmasından sonra alyansa qoşulan Avropa ölkələrində döyüş qabiliyyətli qüvvələr yerləşdirilməsinə qadağa qoyulsun. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev üzv ölkələrin irimiqyaslı yeni strateji planı müzakirə edəcəyi NATO sammitinə qatılacaq. NATO sədri Anders Foq Rasmussenin noyabr keçiriləcək sammitdən əvvəl Moskvaya səfər edəcəyi gözlənilir.

XS
SM
MD
LG