Rusiyanın Daxili İşlər Nazirliyi bildirib ki, oktyabrın 7-də saxlanan bütün müxalifətçilər sərbəst buraxılıb.
Nazirlik deyir ki, ölkə boyu 26 şəhərdə "icazəsiz aksiyalarda" 136 nəfər saxlanmışdı. Onların təxminən yarısına qarşı inzibati ittihamları irəli sürülüb və 60 nəfər məhkəməyə gəlməli olacaq.
Bundan əvvəl Rusiyanın hüquq-müdafiə təşkilatları məlumat yaymışdılar ki, müxalifət lideri Aleksey Navalnının çağırışı ilə oktyabrın 7-də ölkə boyu keçirilən aksiyalarda 290 nəfəri saxlanıb.
Saxlanmalar 26 şəhərdə olub. Ən çox da Sankt-Peterburqda. 68 nəfər.
Moskvada "OMON" 26 nəfəri saxlayıb Amma onlar oktyabrın 8-i səhərə olan məlumata görə, buraxılıblar.
Ölkə boyu keçirilən etiraz aksiyalarının çoxu yerli hakimiyyətlərlə razılaşdırılmışdı.
Navalnının özü "mitinqlərin keçirilməsinin razılaşdırılması qaydalarının təkrar pozulmasına görə" həbsdədir.
Aksiya iştirakçıları Navalnıya 2018-ci ilin prezident seçkilərində iştirak etməyə şərait yaradılmasını tələb edir.