Accessibility links

Aleksey Navalnıy 5 il müddətinə şərti cəzaya məhkum edilib


Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnıy 5 il müddətinə şərti cəzaya məhkum edilib. Külli miqdarda pul mənimsəməsi ilə ittiham edilən Navalnıy beləliklə gələn il keçiriləcək prezident yarışlarına qoşula bilməyəcək.

Navalnıy hökmlə bağlı apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib.

Biz bu hökmü qəbul etmirik. Mən seçkilərdə iştirak etmək üçün bütün konstitusion hüquqlara malikəm. Bunu da edəcəyəm!

"Biz bu hökmü qəbul etmirik. Mən seçkilərdə iştirak etmək üçün bütün konstitusion hüquqlara malikəm. Bunu da edəcəyəm!” deyə Navalnıy hökm oxunduqdan sonra bildirib.

Rusiya qanunlarına əsasən, yüksək səviyyəli cinayətlə ittiham edilən heç bir şəxs 10 il müddətinə seçkilərə qatıla bilməz.

Kirov şəhər məhkəməsi 2013-cü il məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Opponentləri Rusiya prezidenti Vladimir Putini siyasi müxalifəti basqılar altında saxlamaqda ittiham edir.
Opponentləri Rusiya prezidenti Vladimir Putini siyasi müxalifəti basqılar altında saxlamaqda ittiham edir.

Navalnıy Rusiyanın dövlət korporasiyalarının saxtakarlıqlarını üzə çıxaran şəxs kimi tanınır.

O, 2011-2012-ci illərdə prezident Vladimir Putinin hakimiyyətə qayıtmasına etiraz aksiyalarına rəhbərlik edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG