Accessibility links

Rusiyaya qarşı yeni sanksiya hədələri [Təhlil]


Russia economy
Russia economy
Neft və qaz gəlirlərindən asılı olan Rusiya iqtisadiyyatı tənəzzül astanasındadır. Yeni sanksiya hədələri Qərbin investisiyalarını kəsməsinə yol açıb.

Beynəlxalq Neft Konqresinin məqsədi Rusiya və ABŞ-da daxil edilməklə, dünyanın ən böyük enerji istehsalçılarını bir araya gətirmək idi. Lakin neft ixracı eksperti Pat Szimszak Amerikanın demək olar ki, tədbirdə iştirak etmədiyini deyir.
“Cəmi bir neçə ABŞ şirkəti tədbirdə iştirak edirdi. 3 min nümayəndədən yalnız 250-si orada idi.”

Tədbirə kölgə salan Ukraynada separatçı hərəkatını qızışdıran Rusiyaya qarşı sanksiyalar olub.

Rusiyanı sanksiyaları ilə hədəf alan Avropa İttifaqının liderləri cümə axşamı günü Brüsseldə Rusiyanın enerji texnologiyası sahəsinə yeni sanksiyaların tətbiqi məsələsinin müzakirəsinə toplaşacaq.
Qərb şirkətləri texnologiyalarını ehtiyacı olan Rusiyaya satmalı olacaq

Keçən həftə Rusiya qüvvələrinin Ukrayna sərhədlərinə yerləşdirilməsindən sonra ABŞ-ın maliyyə naziri Ceykob Lu Rusiyaya xəbərdarlıq verərək, onun fundamental seçim qarşısında olduğunu deyib. "Əgər Rusiya könüllü şəkildə kursunu dəyişməsə, ABŞ və beynəlxalq ictimaiyyət əlavə tədbirlərə əl atacaq ki, bu da Rusiyaya baha başa gələcək.“

Rusiyanın təqribən 8 trillion dəyəri olan neftinin çıxarılması və texnologiya palatforması üçün ABŞ və Qərbin yardımına ehtiyacı var.
Biz özümüzü ayağımızdan vururuq. Əgər biz məhsulumuzu Rusiyaya satmasaq, başqası satacaq

PennWell- enerji nəşriyyatının əməkdaşı Vilhelm Sikinqin dediyinə görə, bizneslər geri qayıdacaq. “Qərb şirkətləri texnologiyalarını ehtiyacı olan Rusiyaya satmalı olacaq. Bu, uzun sürməyəcək.”

Pat Szimszak deyir ki, qeyri-müəyyənlik bir çox Amerika şirkətini Rusiyaya yatırım etməkdən çəkindirir. “Biz özümüzü ayağımızdan vururuq. Əgər biz məhsulumuzu Rusiyaya satmasaq, başqası satacaq.”

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın atəşkəs razılığını dəstəkləməsi sanksiyaların tətbiqini aradan qaldıra bilər.
XS
SM
MD
LG