Accessibility links

Rusiyanın 2018 Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyuldu


Pyeonqçanq Olimpiya Stadionu inşa edilir. Pyeonqçanq, Cənubi Koreya. 25 noyabr, 2017.
Pyeonqçanq Olimpiya Stadionu inşa edilir. Pyeonqçanq, Cənubi Koreya. 25 noyabr, 2017.

Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya 2018 Qış Olimpiya Oyunlarına qatılmağı qadağan edib. Komitənin qərarına əsasən Rusiya rəsmən Cənubi Koreyanın Peyonqçanq şəhərində keçiriləcək Qış Oyunlarında iştirak etməyəcək, amma ruslar fərdi qaydada Rusiyadan olimpiya atleti qismində yarışa buraxıla bilər.

Komitə Rusiyada 2014 Soçi Olimpiadası zamanı dövlətin sponsorluğu ilə dopinq kampaniyası həyata keçirildiyini bəyan edib.

Beynəlxalq Olimpiya Komitəsi artıq Rusiyanı Soçidə qazandığı 11 medaldan məhrum edib və 20 rus idmançısını ömürlük oyunlardan xaric edib.

Qərar Qış Olimpiya Oyunlarına iki ay qalmış verilir.

Rəsmi Moskva qadağaya hələlik reaksiya verməyib, hərçənd ki, dövlət televiziyası Rusiyanın yarışlarda iştirak etmədiyinə görə olimpiya oyunlarının ölkə ərazisində translyasiya olunmayacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin keçmişdə deyib ki, ölkəsinin oyunlarda iştirak etməməsi rüsvayçılıq olardı.

Rusiya hökuməti öz atletlərinə milli komandasız, yaxud himn çalınmadan yarışlarda iştirak etməyi qadağan edə bilər.

Lakin Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax aydın edib ki, Olimpiadanı boykot etmək heç vaxt nəyəsə nail olmayıb.

Rusiya prezidenti Vladimir Putin Soçi Qış Olimpiya Oyunlarının başlanğıcını qeyd edən mərasim zamanı olimpiada məşəlini alovlandırır. 6 oktyabr, 2013.
Rusiya prezidenti Vladimir Putin Soçi Qış Olimpiya Oyunlarının başlanğıcını qeyd edən mərasim zamanı olimpiada məşəlini alovlandırır. 6 oktyabr, 2013.

“Mən rus idmançıların boykotuna əsas görmürəm, çünki biz təmiz atletlərin iştirakına icazə veririk,” o bildirib.

Rusiya dopinq əməliyyatlarında əli olmadığını israr edir. Lakin Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı Soçidə qazandığı 11 medaldan məhrum edib və 20 rus idmançısını ömürlük oyunlardan xaric edib.

XS
SM
MD
LG