Accessibility links

“Rusiya ordusunu Soyuq Müharibə dövründən bəri müşahidə edilməyən sürətlə müasirləşdirir”


ABŞ-ın Avropa qoşunlarının komandanı, Qeneral Körtis Skaparotti.
ABŞ-ın Avropa qoşunlarının komandanı, Qeneral Körtis Skaparotti.

Rusiyanın silahlı qüvvələrin müasirləşdirmə və gücləndirmə kampaniyası ABŞ və Avropa qüvvərini getdikcə daha çox riskə atır. Bəzi müdafiə rəsmilərinin fikrincə, Moskva yaxın müddətdə Birləşmiş Ştatlar və onun müttəfiqləri ilə qitə üzərində dominantlıq mübarizəsinə fəal qoşula bilər.

Son həftələr ərzində ən çox diqqət cəlb edən mövzulardan biri Rusiyanın öz nüvə arsenalına nümayiş etdirdiyi əminlik olub. Prezident Vladimir Putin nitqi zamanı ABŞ müdafiə sisteminin qarşısını ala bilməyəcək yeni raket sistemləri haqqında danışmışdı.

ABŞ-ın Avropa qoşunlarının komandanı, Qeneral Körtis Skaparotti cümə axşamı Vaşinqtonda qanunvericilər qarşısında çıxış edib: “Dənizdə, quruda, havada, səmimi desək hər yerdə Rusiya ordunusu Soyuq Müharibə dövründən müşahidə edilməyən sürətlə müasirləşdirir.”

Qeneral Körtis qanunvericilərə bildirib ki, Birləşmiş Ştatlar bu tempə müvafiq addımlamaqdan başqa seçimi yoxdur. Skaparottinin sözlərinə görə, Arktika kimi yerlərdə Rusiyanın dominantlığı daha tez reallaşa bilər.

XS
SM
MD
LG