Accessibility links

Rusiya Patriarxı Sovet Birliyinin Xristian irsini qoruduğunu söyləyib


Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirilin az öncə Sovet Birliyinin Rusiyada Xristian mənəviyyatını qoruyub saxladığını söyləməsi bir çoxlarını təəccübləndirib. Sovet Birliyinin bütün dini institutları təqib etməsi reallığını nəzərdən qaçıran patriarx Kiril Rusiyanın hazırkı mühafizəkar provoslav ənənələrini Sovet keçmişi ilə əlaqələndirməyə çalışıb.

Rusiya parlamentinin sabiq millət vəkili, yazıçı və rejissor Aleksandr Nevzorov bu çıxışı ölkənin “dindarlaşdırılması” adlandıraraq tənqid edib. Rusiya Konstitusiyasının 14-cü maddəsi dinin dövlətdən ayrı olduğunu göstərir. Pravoslav kilsəsinin dövlətin idarə olunmasına artan təsiri isə Konstitusiyaya tam ziddir.

Nevzorov deyib ki, görünən hər şey özündə Pravoslav elementləri ehtiva edən imperial siyasətin davamıdır.

“Mən onun söylədiklərini ciddi qəbul edə bilmərəm. Onun çıxışı yalnız yalan, riyakarlıq və qeyri-səmimilikdən ibarətdir” - deyə Nevzorov öz fikrini bildirib.

Rusiya prezidenti Vladimir Putin son dövrlər öz hərəkətlərini əsaslandırmaq üçün Pravoslav kilsəsinin xidmətlərindən istifadə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG