Accessibility links

Rusiya prezidenti Dmitri Medvedev Norveçə rəsmi səfər edir


Rusiya prezidenti Dmitri Medvedev Norveçə rəsmi səfər edir
Rusiya prezidenti Dmitri Medvedev Norveçə rəsmi səfər edir

Cənab Medevedev Norveçə kral Beşinci Harald tərəfindən dəvət edilib

Russia prezidenti Dmitri Medvedev bu gün Osloya gedib. İki günlük səfərin məqsədi Rusiya ilə Norveçin Barents dənizi sərhədləri məsələsi də daxil edilməklə, digər məsələlərin müzakirəsidir. Cənab Medevedev Norveçə kral Beşinci Harald tərəfindən dəvət edilib.Rusiya prezidenti Medvedevin Norveçin baş naziri Cens Stoltenberqlə sabah görüşəcəyi, balıq ovu, neft və qaz məsələləri də daxil edilməklə, iki dövlət arasındakı Arktik sərhədləri məsələlərini müzakirə edəcəkləri gözlənilir. Norveçin Afterposten qəzetinə müsahibəsində cənab Medvedev Norveçlə Rusiya arasında ortaq razığıqın əldə edilməsinin mümkün olduğunu deyib. Artıq 30 ildən çoxdur ki, sərhədlərində neft və təbii qaz kəşf edən Rusiya ilə Norveç arasında mübahisələr davam etməkdəddir.

XS
SM
MD
LG