Accessibility links

Putin hakimiyyətinin 20-ci ildönümünü qeyd edir


Putin hakimiyyətinin 20-ci ildönümünü qeyd edir
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Rusiya prezidenti Vladimir Putin bu avqustda hakimiyyətə gəlməsinin 20 illik yubileyini qeyd edir. Prezidentliyinin ilk dönəmi 1999-cu ildən 2008-ci ilə qədər olub.

Dörd il baş nazir vəzifəsində çalışdıqdan sonra o, 2012-ci ildə yenidən prezident olub. Putinin hakimiyyətdə 20 ilini qeyd etməsi Rusiya iqtisadiyyatında durğunluq dövrünə təsadüf edir.

Ekspertlər Rusiya liderinin 2024-cü ildə keçiriləcək seçkilər öncəsi reytinqlərini yüksəltmək üçün hərbi sahəyə böyük sərmayə qoymağa çalışdığını deyirlər.

Hakimiyyətdə 20 illiyinin tamam olduğu zaman prezident Vladimir Putin Moskvadan kənarda çox vaxt keçirib. O, sualtı gəmi ilə Fin Körfəzinin dərinliklərinə enib, Rusiyanın “Gecə canavarları” klubunun üzvləri ilə motosiklet sürüb, Krımın magistral yolunun inşasını yoxlayıb və kiçik balerinaya partnyorluq edib.

Lakin Rusiyanın başqa yerlərində - Moskva və Sankt-Peterburqda davam edən etirazlar Putinin populyarlığının azalmasına işarədir. “Mövcud rejim biz gəncləri boğur. Bizim hüquqi sferada fəaliyyət göstərməyimizə, siyasi baxışlarımızı bildirməyimizə icazə verilmir. Buna görə də çıxış yolunu yalnız küçələrə çıxaraq dinc nümayiş keçirməkdə və hakimiyyətdəki insanlardan bizi dinləmələrini tələb etməkdə görürük” - deyə, İvan adlı tələbə bildirir.

Marat Gelman isə “Rusiyada hakimiyyət güclü bir şəxsin əlində cəmləşir. Buna etiraz etməsək, çox keçmədən bu baş verəcək” deyir.

Rusiyadakı müstəqil “Levada” mərkəzinin hesablamalarına görə, əhalinin 38 faizi Putinin prezidentlik dönəminin başa çatdığı 2024-cü ildə onu bir daha hakimiyyətdə görmək istəmir. Lakin əhalinin 54 faizi oktyabr ayında 67 yaşı tamam olan Putinin 2024-cü ildən sonra da prezidentliyini davam etdirməsini istəyir. Əksəriyyətin dəstəyinə baxmayaraq, bəzi təhlilçilər deyir ki, belə bir şəraitdə Putin özünü rahat hiss etməyə bilər. Kiril Roqov: “Rusiya prezidenti azalan dəstəyini bərpa etmək üçün daha radikal və ekzotik yollar axtarmalıdır.”

Ekspertlər Putinin populyarlığının sonuncu dəfə 2014-cü ildə də azaldığını deyirlər. Xalqın Putinə münasibəti Rusiyanın Krımı ilhaq etməsindən sonra dəyişdi. Onlar həmçinin Putinin Yaxın Şərq münaqişəsinə hərbi müdaxilədən tutmuş, Çinlə yaxın əlaqələrə qədər, Rusiyanın regional və qlobal rolunu genişləndirməsini dəstəklədi.

Lakin hazırda Rusiya iqtisadiyyatı durğunluq dövrünü yaşayır. 2019-cü ilin ilk aylarından başlayaraq ümumi daxili məhsulun artımı zəifləyib və əhalinin gəlirləri 5 ildir durmadan azalır. Rusiyanın “Rosstat” statistika agentliyinə istinadən bildirilir ki, Rusiya iqtisadiyyatı üç dəfə zəifləyib. Bu, 2000-ci ildə neft qiymətləri və Putinin populyarlığının yüksək olduğu vaxtlarla böyük təzad təşkil edir.

Bəzi təhlilçilər iqtisadiyyatı qaldıra bilməyən Putinin pulu hərbi sahədə islahatlara xərclədiyini deyirlər. Aleksandr Qoltz: Gürcüstan müharibəsindən sonra həyata keçirilən hərbi islahatlar Vladimir Putin üçün böyük uğur idi."

Ekspertlərin fikrincə, Vladimir Putinin orduya güvənməsi onun hazırkı prezidentlik müddətinin 2024-cü ildə başa çatana qədər rəhbərlik tərzinin tam dəyişməsinə gətirib çıxara bilər.

XS
SM
MD
LG