Accessibility links

Romanovların mübahisəli dəfni


Romanovların mübahisəli dəfni
please wait

No media source currently available

0:00 0:02:52 0:00

I Dünya Müharibəsinin heç bir ölkəyə Rusiyaya olduğu qədər təsiri olmayıb. Böyük Müharibə əvvəlcə Rusiya çarı II Nikolayın taxtdan endirilməsinə və Romanovlar sülaləsinə son qoyulmasına yol açdı. Bundan bir neçə ay sonra isə hakimiyyəti ələ alan Bolşevik hakimiyyəti çar ailəsini Uralın Yekaterinburq şəhərində edam etdi.

Bütün yekatenburqlular kimi Leonid Voxmyakov da Rusiyanın ən böyük və qaranlıq sirrinin bu şəhərin yaxınlığındakı meşədə gizlədildiyini bilir. Yekaterinburq sakini Leonid Voxmyakov: “Çar və ailəsinin öldürüldüyünü, onların haradasa buralarda dəfn edildiyini hamı bilirdi.”

Lakin harada? 1917-ci ildə Bolşevik İnqilabından sonra çar ailəsinin həbsi və edamından sonra bir əsrə yaxın II Nikolayın və onun ailəsinin qalıqlarının harada olması bir sirr olaraq qalmışdı.

1990-cı illərin əvvəllərində çarın və onun ailəsinin dörd üzvünün cəsədi daş kömür mədənində aşkar edildi. O zaman Rusiyanın prezidenti olan Boris Yeltsinin göstərişi ilə qalıqlar təntənəli şəkildə Sankt-Peterburqda dəfn edildi. Boris Yeltsin: “Biz bu dəhşətli cinayəti gizli saxlamışdıq. Lakin biz həqiqəti deməliyik, Yekaterinburqda edilən kütləvi qırğın bizim tariximizin ən utandırıcı səhifəsindən biridir.”

2007-ci ildə Voxmyakov yenidən bu məsələyə qayıdır. Ekspedisiya zamanı çar ailəsinin daha iki üzvünün – çarın oğlu Alekseyin və qızı Mariyanın qalıqları aşkar edilir. “Mən buraya gəlib, daha dərin qazıntı işləri apardım və sümüklər tapdım. Uşaq kəlləsi sümüyü aşkar etdim və 100 faiz əmin oldum ki, bu onların qalıqlarıdır” deyə, Leonid Voxmyakov bildirir.

Ən azı ilk baxışdan bu belə göründü.

Hərçənd ki, dəfələrlə aparılmış DNK testləri bunu təsdiq edib, Partiarx Kirilin rəhbərliyi altında Rusiya Pravoslav Kilsəsi qərb laboratoriyaları testini sual altına alıb. O vaxtdan bəri Kirill yenidən araşdırmalar aparılmasına çağırıb.

Kilsə müşahidəçiləri bu qərarı qədim rituallar və siyasi oyunla izah edir. Jurnalist Segey Çapnin: “Bu problem artıq həll olunub. Qalıqlar çar ailəsinə məxsusdur, lakin kilsə bunu təsdiq etmək istəmir. Bu məsələnin uzadılması isə siyasətlə bağlıdır.”

Rusiya prezidenti Vladimir Putin Rusiyanın imperial və pravoslav ənənələrinə ehtiyatla yanaşdığı və keçmiş Sovet irsinə də hörmətlə yanaşdığı üçün patriarxın qərarını dəstəkləyir. Burada Putinin sabiq KQB üzvü olması da özünü büruzə verir. Segey Çapnin: "Bəli, o, Rusiyada repressiyaları və faciələrin olduğunu danmır, lakin bu haqda daha az danışmağa üstünlük verir.”

Lakin Voxmyakovun nəzərində çar ailəsi üçün son mənzilin tapılması tarixi ədalətdir və bu, uzun müddət gecikdirilıb.

XS
SM
MD
LG