Accessibility links

Putin koronavirusdan xüsusi dezinfeksiya tunelləri ilə qorunur


Rusiya prezidenti Vladimir Putinin sözçüsü prezidentin koronavirusdan xüsusi dezinfeksiya tunelləri ilə qorunduğunu bildirib. Belə ki, Moskvadan kənardakı iqamətgahını ziyarət edən və ya Kremldə onunla görüşən hər kəs həmin tunellərdən keçməlidir.

Putinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə, Penza şəhərində fəaliyyət göstərən Rusiya şirkəti tərəfindən hazırlanan xüsusi tunellərdən biri Putinin Moskvanın yaxınlığında Novo-Oqaryovodakı rəsmi iqamətgahında, ikisi isə Kremldə quraşdırılıb.

Putin koronavirusdan xüsusi dezinfeksiya tunelləri ilə qorunur
please wait

No media source currently available

0:00 0:00:59 0:00

Peskov həmin tunellərin Rusiyada, xüsusilə də hökumətin məhdudiyyətləri qaldırmağa başladığı Moskvada pandemiyanın yüksək həddə çatdığı vaxt quraşdırıldığını deyib.

Peskov bir çox məhdudiyyətlər götürülsə də, Kremldəki bəzi məhdudiyyətlərin qaldığını, eləcə də Putinin səhhəti ilə əlaqədar ehtiyat tədbirlərinin davam etdirildiyini bildirib.

Dövlətin nəzarətindəki RİA xəbər agentliyinin çərşənbə axşamı gecə yayımlanan proqramında tunelin içərisindən keçən maskalı insanların tavandan və yanlardan püskürən maddə ilə dezinfeksiya edildiyi nümayiş etdirilib.

RİA xəbər agentliyi dezinfeksiyaedici vasitəni insanların geyimi və bədənin hər hansı açıq hisssəsinə yönələn nazik tüstü kimi təsvir edib.

Putin pandemiya dövründə dünyanın ən böyük ölkəsini Kremldən daha çox özünün iqamətgahından idarə edərək, tənqidçilərinin `bunker` adlandırdığı bir otaqda video-konfranslar keçirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG