Accessibility links

Putin: Amerika silahlara nəzarət sazişini yeniləmək niyyətində deyilsə, Rusiya sazişdən çıxacaq


Rusiya prezidenti Vladimir Putin Amerika silahlara nəzarət - START sazişini yeniləmək niyyətində deyilsə, Rusiyanın sazişdən çıxacağını bildirib.

Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadiyyat Forumunda danışan Putin Moskvanın hərbi personalını Venesueladan çıxadığına dair ABŞ prezidenti Donald Trampın iddiasını inkar edib.

İyun ayının 3-də Tramp Twitter sosial şəbəkəsindəki mesajında Rusiyanın Birləşmiş Ştatları öz hərbi personalını Venesueladan çıxardığı haqda məlumatlandırdığını yazmışdı.

Wall Street Journal qəzeti Rusiya müdafiə nazirliyində adının açıqlanmadığı mənbəyə istinadən Rusiyanın hərbi personalını Venesueladan çıxardığı haqda məlumat verib.

Britaniya ilə münasibətlərə gəldikdə isə Rusiyanın dövlət başçı iki ölkənin səhifəni çevirməli və gərgin münasibətləri arxada qoymalı olub.

O, Britaniyada sabiq Rusiya casusunun zəhələnməsinə görə ölkələr arasındakı gərginlikləri nəzərdə tutub.

Putin Ukrayna və Suriya münqişələrinə görə Moskva ilə Qərb arasındakı gərginliklərrin davam etdiyi bir vaxt bu haqda danışıb.

Rusiya prezidenti beynəlxalq xəbər agentliklərin rəhbərləri ilə görüşündə deyib ki, Vaşinqton silahlara nəzarət - START sazişinin yenilənməsi marağında deyil.

2010-cu ildə Praqada imzalanan sazişin müddəti 2021-ci ildə başa çatır.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG