Accessibility links

Rusiya Qərbə qarşı [Video]


Rusiya Qərbə qarşı
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Suriyanın gələcəyi ilə bağlı Rusiya ilə danışıqlarda nailiyyət əldə edilməsinə baxmayaraq, Qərb Rusiyanın dünya məsələlərindəki təxminedilməz və inadlı rolundan narahatdır.

İllərdir Rusiya prezidenti Vladimir Putin nə əzələləri, nə də də hərbi qüdrətini göstərməkdən çəkinmədən özünü planlı bir şəxsiyyət kimi nümayiş etdirir. Suriya buna axırıncı bir nümunədir.

Vladimir Putin: “Bizdə əlavə imkanlar var. Lazım olduqda onlardan da istifadə ediləcək."

Putinin “biz” və “Rusiya” kəlmələri işlətməsinə baxmayaraq, Qərb onun özünü nəzərdə tutduğunu bildirir.

Kəşfiyyat agentliyindən Robert Kardillo: “Özünü Rusiya hesab edən Putin bu günlər Rusiyanın qlobal müstəvidə rolunun haqsız yerə kiçildildiyini düşünür.”

Rusiyanın dövlət başçısının əməllərinə start verdiyinə dair qorxular mövcuddur.

Mərkəzi Kəşfiyyat Agentliyinin sabiq direktoru Ceyms Uolsi: “Putin Rusiyanın Şərqi və hətta Qərbi Avropa, habelə Baltikyanı ölkələrdə dominantlığını artırmaq üçün əlindən gələni əsirgəməyəcək.”

Rusiyanı qlobal diqqət mərkəzinə çəkməklə yanaşı Putinin hərbi sənayesini gücləndirərək, Əfqanıstan və İraq kimi ölkələr’ hərbi avadanlıq satışını artıra biləcəyi düşünülür.

Suriya kimi yerlərdə risk daha yüksəkdir.

ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst :“O, bacarmadığını göstərsə, vətənində legitimliyini itirə bilər. Onun legitimliyi güclü bir lider kimi qüdrətinin nümayişindən asılıdır.”

Hazırkı və sabiq rəsmilər qərb perspektivindən Rusiyanın vurduğu ziyanın fəsadlarının aradan qaldırılmasının asan olmayacağını deyir.

Müharibə araşdırılmaları institutundan Kristofer Harmer: “Rusiyanın İran, Hizbullah və Suriya ilə tərəfdaşlıq qazanması bu ölkələr və terror təşkilatını daha təhlükəli edə bilər."

Rusiya prezidenti Vladimir Putin üçün isə bu, yalnız gördüyü işin bir hissəsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG