Rusiya və Qətər FİFA-nın növbəti iki dünya çempionatının keçiriləcəyi ölkələrdir. Lakin insan haqları fəalları hər iki ölkədə insan hüquqları sahəsində ciddi pozuntuların olduğunu bildirir. Buraya xüsusilə də dünya çempionatının keçirilməsi ilə əlaqədar tikinti layihələrində işçilərin hüquqlarının pozulması halları daxildir.
May ayında BBC şirkətinin iki müxbiri 2022-ci il dünya futbol kubokuna hazırlıqların getdiyi Doha şəhərində miqrant işçilərin yaşayışına dair sənədli film çəkməyə cəhd edəndə həbs edilmişdi. Jurnalistlərin kameraları müsadirə edilib və onlara qaytarılmayıb.
Guardian qəzetinin apardığı araşdırmada isə dünya çempionatı üçün stadionların inşası zamanı 2014-cü ildə hər iki gündən bir nepallı bir miqrant işçinin öldüyü göstərilib. Qətərin Əmək nazirliyi bu statiskanı rədd edir. Human Rights Watch təşkilatı bildirir ki, miqrantların bir çoxuna qarşı pasportların alınması kimi təhdid üsulları işlədilir.
“Bir tərəfdən, hökumət əmək hüquqlarını qorumur, digər tərəfdən isə iş verənlər cəzasızlıq şəraitində hərəkət edir.”-Ceyn Bükanan, Human Rights Watch
Human Rights Watch təşkilatnın nümayəndəsi Ceyn Bükanan: “Onlar olduqca zəif bir durumdadır, çünki bir tərəfdən, hökumət əmək hüquqlarını qorumur, digər tərəfdən isə iş verənlər cəzasızlıq şəraitində hərəkət edir.”
Jeff Thins etnik nümayəndələrin şikayətləri üzrə məsləhətçidir. O deyir ki, Nepal, Banqladeş, Hindistan, Pakistan və Şri Lanka kimi ölkələrdən olan bu miqrant işçilərin vəziyyətini qul fəhlə kimi təsvir etmək olar.
Hüquq müdafiəçisi Jeff Thins: “Belə düşünürəm ki, yeni nəslin nümayəndələri bunları biləndə və bu hallar sosial mediada əks olunanda FİFA tərəfindən həyata keçirilən belə tədbirlərdə adları və imicləri hallanan sponsorlar da daxil olmaqla bütün tərəflər özlərinə sual verməyə başlayacaq: Biz belə iş görməliyikmi? İnvestisiyanın ən yaxşı yolu budurmu?”
“Soçidə Qış Olimpiya Oyunlarında infrstruktur və idman mərkəzlərinin inşasına miqrant işçilərin istismar edilmədi hallarının şahidi olduq.”-Ceyn Bükanan, Human Rights Watch
Ceyn Bükanan deyir ki, həm Qətər, həm Rusiyanın hüquqi öhdəlikləri ilə yanaşı, FİFA da işçilərin hüquqlarının qorunması və əvvəlki səhvlərin təkrar edilməməsi üçün qaydalar tətbiq etmək kimi məsuliyyətə daşıyır. “Soçidə Qış Olimpiya Oyunlarında infrastruktur və idman mərkəzlərinin inşasına miqrant işçilərin istismar edilmədi hallarının şahidi olduq. Bu, Rusiya hökumətinin təftiş və işçilərin hüquqlarını pozanların cəzalandırılması məsələsinə tamamilə etinasız münasibətinin göstəricisi idi. Bunlar isə fikrimcə, belə işlərə dözümlü münasibətin mövcud olduğuna dair bir siqnal kimi qəbul edilir.”
Rusiya qanunvericiləri 2018-ci ildə dünya çempionatının tikinti obyektlərində məhbusların işə cəlb edilməsinə dair qanun layihəsi təklif ediblər. Ceyn Bükananın deyir ki, bu, onları məcburi əmək riski qarşısında qoya bilər. Onun sözlərinə görə, Rusiya hökuməti artıq indidən dünya futbol çempionatına hazırlıqlarda iştirak edən işçilərin əməyini zəif mühafizə edir.