Accessibility links

Rusiya: Qəzadan sonra şəhərdə radiasiya səviyyəsi 4-16 dəfə artıb


TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın dövlət metereologiya idarəsi çərşənbə axşamı bildirib ki, avqustun 8-də Rusiyanın Severodvinsk şəhərində dəniz platformasında raket sınağı zamanı baş verən qəza nəticəsində şəhərdə radiasiya səviyyəsi 16 dəfə artıb.

Müdafiə nazirliyi birinci cümə axşamı baş verən insidentdən sonra radiasiya səviyyəsinin normal qaldığını bildirib, laki Rusiyanın şimalında yerləşən Severodvinsk şəhərinin rəsmiləri radiasiya səviyyəsinin qısa müddətliyinə qalxdığını söyləmişdi.

Greenpeace təşkilatı radiasiya səviyyəsinin 20 dəfə artdığını bildirib.

Rusiyanın dövlət hava agentliyi Rosgidromet çərşənbə axşamı radiasiya səviyyəsinin 4 ilə 16 dəfə arasında artdığı barədə məlumat verib.

Şərhlərə bax

XS
SM
MD
LG