Accessibility links

Vəkil: Rusiya keçmiş müxbiri vətənə xəyanətdə ittiham edir


İvan Safronov
İvan Safronov

Vəkilinin dediyinə görə, Rusiyanın xüsusi xidmət orqanları keçmiş jurnalist İvan Safronovu Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə bağlı məlumatları sonradan Almaniya kəşfiyyatına ötürən siyasi təhlilçiyə 248 dollara satmaqda ittiham edib.

Safronova qarşı məxfi istintaqa nadir hallarda nəzər salan vəkil İvan Pavlov deyib ki, Suriya ilə bağlı ittiham ona qarşı dövlətə xəyanət ittihamına səbəb olub. Tərəfdarlarının fikrincə bu, jurnalistləri qorxutmaq kampaniyasının bir hissəsidir.

Pavlov deyib ki, ittihamnamədə Safronovun 2015-ci ildə məlumatı siyasi analitik Demuri Voroninə satdığı, onun da öz növbəsində həmin məlumatı Almaniyanın BND xarici kəşfiyyat agentliyinə və İsveçrə universitetinə ötürdüyü bildirilir.

"İttihama görə, Voronin ona 248 dollar ödəyib" - deyə, vəkil sosial şəbəkədə yazıb və bildirib ki, Rusiyada jurnalistlər sırf işlərini yerinə yetirdiklərinə görə vətənə xəyanətdə ittiham oluna bilir.

İvan Safronov həbs olunarkən
İvan Safronov həbs olunarkən

Keçmiş müxbir, sonralar Rusiyanın Kosmik Agentliyi rəhbərinin köməkçisi işləyən Safronov keçən il həbs edilib və ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, onu 20 ilə qədər həbs cəzası gözləyir. O, ittihamları inkar edir.

Rusiya mediası bazar ertəsi istintaqın başa çatdığını bildirib. Federal Kəşfiyyat Xidməti (FSB) Reuters xəbər agentliyinə şərh verməyib, Almaniyanın xarici kəşfiyyat agentliyi BND isə şərh verməkdən imtina edib.

Safronova qarşı əsas ittiham onun 2017-ci ildə Rusiyanın Yaxın Şərq və Afrikaya silah tədarükü ilə bağlı hərbi sirləri Çexiyaya ötürməsidir.

Safronovu müdafiə edən vəkillər qrupundan olan Pavlov işlə bağlı məxfi məlumatları açıqladığına görə cinayət işi qaldırıldıqdan sonra sentyabr ayında Rusiyadan Gürcüstana qaçıb.

Rusiya və Almaniya vətəndaşlığı olan politoloq Voronin fevral ayında vətənə xəyanət ittihamı ilə Moskvada həbs edilib. Onun vəkili Mariya Orlova bu ittihamın Safronovun işi ilə əlaqəli olduğunu təkzib edib. O, Reuters xəbər agentliyinə Voroninin təqsirini boynuna almadığını və ifadə verməkdən imtina etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG