Accessibility links

Rusiyada daş-kömür mədənində partlayış 36 nəfərin ölümünə səbəb olub


Rusiyanın Komi regionunda daş-kömür mədənində metan qazının sızması nəticəsində üçpartlayış yanğına və şaxtanın qismən dağılmasına səbəb olub. Hadisə nəticəsində 36 adam həyatını itirib. Onların beşi xilasetmə işçiləridir.

Vorkuta şəhərin yaxınlığındakı Severnaya mədənində cümə axşamı günü baş vermiş ilk iki partlayış nəticəsində dörd şaxtaçı ölmüş, 26 şaxtaçı şaxtada ilişib qalmışdı.

Bazar günü baş vermiş üçüncü partlayış zamanı isə daha bir nəfər şaxtaçı və beş xilasetmə işçisi həyatını itirib.

Vorkutauqol mədəninin texniki direktoru Denis Paykin bazar günü bildirib ki, şaxtada qazın səviyyəsi, dağıntıların miqyası və yanğının trayektoriyası nəzərə alındıqda orada sağ qalanın olmadığı güman edilir.

Rusiyanın sənaye təhlükəsizliyinə nəzarət agentliyi olan Rostexnadzor qəzanın təbii fəlakət kimi qiymətləndirildiyini bildirib.

Rusiya mediasının verdiyi məlumata görə, agentliyin regional şöbəsinin müdiri Aleksandr Qonçarenko əldə edilmiş materiallar və ilkin məlumatlara əsasən, qəzanın səbəbinin təbii faktorlarla bağlı olduğu və bunun geoloji hadisə olduğunu bildirib. O, qəzanın başqa detalları ilə bağlı açıqlamalar verməyib.

Partlayış baş verən zaman şaxtada 111 şaxtaçı olub, 81 nəfər xilas edilib.

XS
SM
MD
LG