Accessibility links

Rusiyada prezident seçkiləri marta təyin edilib


Rusiya parlamentinin yuxarı palatasında keçirilən səsvermə nəticəsində prezident seçkisi martın 18-nə təyin olunub.

Cümə günü Federasiya Şurasında keçirilən səsvermə formallıq olsa da, seçki kampaniyasına rəsmi olaraq start verir.

Prezident Vladimir Putin ötən həftə spekulyasiyalara son qoyaraq, dördüncü dəfə namizədliyini irəli sürəcəyini açıqlayıb. Putinin 80 faiz etimad reytinqi onun seçkidə qalib gələcəyinə işarədir.

Onun ən böyük rəqibi, anti-korrupsiya fəalı Aleksey Navalnıy namizədliyini irəli sürmək niyyətini elan edib, lakin məhkəmə hökmü bunun qarşısını alır.

Nalvalnıya iki ittiham üzrə hökm oxunub. Bu ittihamların arxasında siyasi səbəblərin olduğu güman edilir. Qadağaya baxmayaraq, qeyri-mütəşəkkil kampaniya başladılıb və bu kampaniya Rusiyanın hətta ən ucqar yerlərinə belə çatıb.

XS
SM
MD
LG