Accessibility links

ABŞ Dövlət Departamenti vətəndaşlarına Rusiyaya səyahət etməməyi tövsiyə edir


ABŞ Dövlət Departamenti vətəndaşlarına Rusiyaya səyahət etməmələrini tövsiyə edib. Bəyanatda bildirilir ki, Rusiyaya səyahət terrorizm, təhlükəsizlik işçiləri tərəfindən təqib olunma, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına yardım göstərmək imkanının məhdudluğu və yerli qanunların özbaşına tətbiq edilməsi ilə əlaqəlidir.

Çeçenistan da daxil olmaqla, Şimali Qafqaz və Krım vurğulanır. Terrorizm, adam qaçırma və iğtişaş riski səbəbindən Şimali Qafqaz bölgəsinə səfər etmək tövsiyə edilmir. ABŞ Rusiyanın Ukraynanın bu ərazisini işğal etməsi və işğalçı hakimiyyət orqanları tərəfindən sui-istifadə edldiyi üçün Krıma səfər etməməyi tövsiyə edir.

"ABŞ vətəndaşları, o cümlədən ABŞ-ın keçmiş və hazırkı hökuməti və hərbi rəsmiləri, habelə Rusiyada olan və ya orada yaşayan iş adamları, Rusiya hakimiyyəti tərəfindən özbaşına sorğu-suala, təhdidə və təzyiqlərə, pis rəftara və qəsb edilməyə məruz qala bilər" - deyə, məlumatda qeyd edilir.

ABŞ hökumətinin bütün işçiləri Rusiyaya səyahət ehtiyacını diqqətlə nəzərdən keçirməlidir.

ABŞ-ın Moskvadakı səfirliyi işçi çatışmazlığı səbəbindən avqustun 1-dən etibarən konsulluq xidmətləri göstərə bilməyəcək. Səfir Con Sallivan konsulluq xidmətlərinin "işçi çatışmazlığı səbəbindən heç bir viza müraciətini icra edə bilməyəcəyini" deyib. Bu məhdudiyyətlər Moskvanın “ABŞ-ın Rusiyadakı nümayəndəliyinin xarici vətəndaşları hər hansı bir şəkildə işə götürməsini qadağan etmək” planları və ABŞ-ın Rusiyaya qarşı kiberhücumlara qarşı genişləndirilmiş sanksiyalarına cavab olaraq diplomatların ölkədən çıxarılması ilə əlaqələndirilir.

Mayın 14-də Moskvadakı Amerika diplomatik nümayəndəliyi Rusiya rəsmilərinin xarici vətəndaşların işinə qoyulan qadağanı təxirə salmaq niyyətini açıqlayıb.

XS
SM
MD
LG