Accessibility links

Rusiya ABŞ-a yeni səfir göndərir


Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov
Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov

Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Anatoli Antonovu ölkəsinin ABŞ-a yeni səfiri təyin edib.

Antonov bu vəzifədə 9 il çalışmış Sergey Kislyakı əvəzləyəcək.

Amerika kəşfiyyat orqanlarının Kremlin 2016 prezident seçkilərinə müdaxilə etdiyini müəyyən etməsindən sonra ABŞ-Rusiya münasibətləri Soyuq Müharibə bitdikdən bəri ən aşağı nöqtəsinə düşüb. Rusiya seçkilərə müdaxilə etdiyini danır.

Sabiq FBI rəhbəri Robert Mueller Rusiyanın seçkilərə müdaxiləsi fonunda Tramp kampaniyası ilə Kreml arasındakı təmasları araşdırır.
Sabiq FBI rəhbəri Robert Mueller Rusiyanın seçkilərə müdaxiləsi fonunda Tramp kampaniyası ilə Kreml arasındakı təmasları araşdırır.

Xüsusi vəkil Robert Mueller hazırda Tramp kampaniyasının Moskva ilə qeyri-qanuni əməkdaşlıq edib-etmədiyini araşdırır.

ABŞ prezidenti Donald Tramp hazırda ABŞ-da Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı aparılan təhqiqatlara əsasən soyuq münasibət bəsləyərək onları “cadugar ovu”-na bənzədib.

Amerika demokratiyasına müdaxiləsinə görə Putin hökumətini cəzalandırmağa qərar vermiş ABŞ Konqresi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib.

Amerika demokratiyasına müdaxiləsinə görə Putin hökumətini cəzalandırmağa qərar vermiş ABŞ Konqresi Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edib.

Mütləq səs çoxluğu ilə qəbul olunan sanksiyalar ilk öncə bu ölçülərə qarşı çıxan Prezident Donald Tramp tərəfindən qanuna imzalanıb.

XS
SM
MD
LG