Accessibility links

Rusiyanın prezident seçkilərində 8 namizəd yarışacaq


Rusiyada 18 mart prezident seçkilərində bülletendə səkkiz namizədin adı olacaq.

Mərkəzi Seçki Komissiyası fevralın 8-i, qeydiyyat prosesinin son günü namizədlərin siyahısını yekunlaşdırıb, Kseniya Sobçak və Maksim Suraikinin namizədliyini təsdiqləyib.

Tənqidçilərin fikrincə, hazırkı prezident Vladimir Putinin populyarlığı, onun hakimiyyət rıçaqlarına nəzarəti və illərdir narazıları susdurması dördüncü müddətə seçilməsini artıq təmin edib.

Digər namizədlər də, müşahidəçilərin dediyinə görə, səsverməyə rəqabət görüntüsü verməkdən ötrü Kreml tərəfindən ortaya atılıb.

TV jurnalist Sobçak Putinin mərhum müəlliminin qızıdır. Suraikin az tanınan Rusiya Kommunistləri Partiyasının lideridir. Kommunist Partiyasının namizədi Pavel Qrudinindir. Digər namizədlər biznes ombudsmanı Boris Titov, millətçi Sergey Baburin, Yabloko partiyasının sədri, liberal Qrigori Yavlinski və ultramillətçi Vladimir Jirinovskidir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG