Oktyabr ayında Rusiyanın mədəniyyət naziri Vladimir Medinski İkinci Dünya Müharibəsi zamanı Moskvanı nasistlərin işğalından qoruduğu zaman həlak olan 28 əsgərlə bağlı Sovet əfsanəsini “müqəddəs”, bu əfsanəni sual edən hər kəsi isə “bədnam” adlandırıb. Nazirliyin dəstəyi ilə çəkilən və bu hadisəni səhnələşdirən “28 Panfilovçu” adlı film noyabr ayında Rusiyada buraxılıb, baxmayaraq ki, 2015-ci ildə nəşr olunan Sovet arxivləri hadisənin təxribat olduğunu sübut edib. Ümumilikdə Rusiyada Sovet əfsanələrini həqiqət kimi təbliğ etmək səyləri mövcuddur.
Hadisə belədir – İkinci Dünya Müharibəsi zamanı Qırmızı Ordunun 28 əsgəri general İvan Panfilovun rəhbərliyi altında Moskvaya hücum edən nasist tanklarının qabağını almaq üçün cəsurcasına həyatlarını qurban verir.
Bəzi insanlar var ki, öz qəhrəmanlarını müdafiə edir. Elələri də var ki, onlara qarşı çıxır və hətta daha böyük bir mif yaradıb onları ləkələməyə çalışır.Aleksey Nosov
Bu, Sovet propaqandasıdır, dövlət sənədləri də bu hadisənin əksəriyyətinin uydurma olduğunu sübut edir.
Amma Rusiyanın Mədəniyyət Nazirliyi bununla bağlı çəkilən filmlə birlikdə Moskvada Sovet əfsanələrini sual altına alan insanları alçaldan sərginin açılışını dəstəkləyib.
“Bəzi insanlar var ki, öz qəhrəmanlarını müdafiə edir. Elələri də var ki, onlara qarşı çıxır və hətta daha böyük bir mif yaradıb onları ləkələməyə çalışır,” deyə Rus Ordusu və Tarixi Klubunundan Aleksey Nosov bildirir.
Sovet İttifaqında “28 Panfilovçu” əfsanəsi tarixi fakt olaraq hər bir uşağa öyrədilirdi.
Rusiya dövlət orqanlarının isə hətta tarixçiləri təhqir etmək bahasına bu cür əfsanələri davam etdirmək səyləri böyük tənqidlərə səbəb olur.
Bəzi əfsanələrə tarixi ehtiyac var. İnsanlar döyüşə əfsanə, mif və ideyalar olmadan getmirdi.Kiril Xayrov
“Mən onların işlətdiyi sözlərdən istifadə etməcəyəm, amma bunu deyə bilərəm ki, xalqının tarixi həqiqəti, həqiqətdə nələrin baş verdiyini bilməyini istəməyənlər, öz insanlarına hörmət etmir,” deyə tarix müəllimi Aleksey Kuznetsov bildirir.
Soyuq havaya baxmayaraq, Moskva döyüşünün 75-ci ildönümünü qeyd etmək səbəbilə səhnələşdirilən bu tamaşa yüzlərlə insanı cəlb edir.
Rusiyanın Sovet propaqandasını aqressiv bir şəkildə qorumağı xalqı aldadır, çünki onlar qəhrəmanları tərifləyib, hökümətin sevmədiyi faktları rədd etməyə məcbur edilirlər.
“Bəzi əfsanələrə tarixi ehtiyac var. İnsanlar döyüşə əfsanə, mif və ideyalar olmadan getmirdi,” deyə tamaşanın rejissoru Kiril Xayrov bildirir.
Müasir Rusiyada döyüş gələcək nəsillərin bilikləri üzərində gedir, yəni onlar həqiqi tarixi, yoxsa Rusiyanın əzəməti ilə bağlı sadələşdirilimiş əfsanələri öyrənəcək?