Accessibility links

Sergey Lavrov Suriya müxalifətini tənqid edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya müxalifətinin prezident Bəşar Əl-Əsədi devirmək səylərini tənqid edərək, bu səylərin ölkədə zorakılıqların artmasına səbəb olacağını bildirib.

Nazir deyib ki, nə qədər ki, müxalifətin bu tələbi qüvvədə olacaq, zorakılıqlar və insan tələfatı ara verməyəcək. Sergey Lavrov bildirib ki, Rusiya vətəndaşlarının hamısının Surayadan çıxarılması nəzərdə tutulmur.

Livandan 77 rus vətəndaşını daşıyan 2 təyyarə artıq Rusiyaya çatıb. Onların əksəriyyəti suriyalılarla ailə quran qadınlar və onların uşaqlarıdır. Suriyada on minlərlə rus yaşayır.

Rusiya beynəlxalq ictimaiyyətin Əsədə qarşı təzyiqlərinə müqavimət göstərir. Rusiya Çinlə bərabər BMT-nin Təhlükəsizlik Şurasının Suriya hökumətinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan 3 qənaməsinə veto qoyub.

ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland rusların evakuasiyasının təhlükəsizlik vəziyyətinin ciddiliyinə dəlalət etdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG