Accessibility links

Rusiya Suriyada kimyəvi silahdan istifadə ilə bağlı qətnaməyə veto qoyub


Rusiya ötən həftə kimyəvi silahdan istifadə etdikdən sonra suriyalı diktator Bəşar Əsədi beynəlxalq mühakimələrdən müdafiə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasının daha bir qətnaməsinə veto qoyub.

On lehinə, iki əleyhinə və üç bitərəf səsvermə nəticələri ilə Moskva Britaniya, Fransa və ABŞ tərəfindən irəli sürülən təklifin qarşısını alıb.

“Birləşmiş Ştatlar Rusiyanın bir daha Təhlükəsizlik Şurasında təcrid olunmasından zövq almır. Biz Suriyada siyasi prosesi tezləşdirmək istiqamətində Rusiya ilə işləmək istəyirik. Biz Əsəd rejiminin orada törətdiyi zorakılığı dayandırması üçün Rusiyanın öz nüfuzundan istifadə etməsini istəyirik” deyə ABŞ-ın BMT-yə səfiri Nikki Hali bildirib.

Qətnamə layihəsində qaz hücumu pislənilir və baş vermis hadisəyə dair beynəlxalq təhqiqatların aparılmasına çağırılır. Ötən həftə də bənzər ölçülərə dair səsvermə iflasa uğramışdı.

Rusiyanın BMT-dəki səfirinin müavini Vladimir Safronkov deyib ki, qətnamə “müstəqil və obyektiv təhqiqatlar aparılmadan təqsirli tərəfi müəyyən edir.”

BMT-nin qeyri-daimi üzvü Boliviya səsvermədə Rusiyaya qoşulub. Çin, Efiopiya və Qazaxıstan bitərəf mövqe tutub.

Tramp administrasiyası Əsəd rejiminin aprelin 4-ü Şayrat hava bazasından Xan Şeyxun şəhərinə qaz hücumu həyata keçirdiyindən əmin olduğunu bildirib. Bundan iki gün sonra ABŞ həmin hava bazasını hədəf alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG