Accessibility links

Rusiya: Duma şəhəri Suriya hökümətinin nəzarəti altındadır


Rusiya ordusu cümə axşamı bildirib ki, Suriya höküməti Duma şəhərini tam nəzarət altına alıb. Həmin şəhərdə şənbə günü kimyəvi hücum həyata keçirildiyi şübhələnilir.

Duma şəhəri istiqamətində yerləşən Muhayam əl-Vafedin nəzarət məntəqəsində şəhərdən təxliyə edilənlər üçün ayrılmış avtobuslar diqqəti cəlb edib.

Rusiya ordusunun nümayəndəsi general-leytenant Viktor Pojıxin: “Rusiyanın Razılaşdırma Mərkəzi Suriya hökuməti qüvvələri ilə birlikdə 41,213 nəfəri Duma şəhərindən çıxarıb. Onlar arasında 3,354 üsyançı və 8,642 ailə üzvü var. Sabahdan başlayaraq Rusiyanın ordu polisi dəstələri təhlükəsizliyi təmin etmək, nizam-intizamı qorumaq və yerli əhaliyə yardımın təşkili üçün Duma şəhərinə göndəriləcək. ”

Şəhərin geri alınması kimyəvi hücum səbəbilə ABŞ prezidenti Donald Trampın mümkün raket zərbələri ilə bağlı xəbərdarlığı vaxtına təsadüf edir.

Tramp xəbərdarlığa Rusiyanı da daxil edib. Belə ki, Moskva müttəfiqi olan Suriyanı hədəf alan istənilən raketin qarşısını alacağını bildirmişdi.

Eyni zamanda ABŞ hərbi gəmilərinin regiona istiqamət aldığı ehtimal edilir.

XS
SM
MD
LG