Accessibility links

Rusiya hərbi gəmiləri Suriya istiqamətində hərəkət edir


Russia War Ships
Russia War Ships
Aralıq dənizinə daxil olan Rusiya hərbi gəmiləri Suriyanın Tartu limanına üz tutub. Rusiya flotiyasına 11 hərbi gəmi daxildir.

Bu, Sovet İttifaqının dağılmasından sonra Rusiyanın Aralıq dənizində hərbi dəniz qüvvələrinin ən böyük yerləşməsi hesab edilir.

Moskvada Beynəlxalq Siyasət institutunun direktoru Yevgeni Mışenko deyib ki, Kreml bununla Rusiyanın Suriyada Liviyada olduğu kimi Qərb üslubunda rejim dəyişikliyinin olmasını istəmədiyini nümayiş etdirir.

Təhlilçilərin bir hissəsi isə Rusiya hərbi gəmilərinin Suruiyada olan böyük sayda rus əhalinin evakuasiya edilməsi üçün nəzərdə tutulduğunu bildirib.
XS
SM
MD
LG