Accessibility links

Rusiya Suriyanı S-300 raketdən müdafiə sistemi ilə təmin edəcək


Rusiya İsrailin narazılığına məhəl qoymayaraq, qarşıdan gələn həftələrdə Suriyanı daha müasir, S-300 raketdən müdafiə sistemi ilə təmin edəcəyini deyib.

Rusiya müdafiə naziri Sergey Şoiqu deyib ki, prezident Vladimir Putin ötən həftə Suriya havadan müdafiə qüvvələri Rusiya təyyarəsini İsrail təyyarəsi ilə səhv salaraq vurduqdan sonra sistemlərin yenilənməsinə dair əmr verib. Ötən həftə baş vermiş hadisədə 15 rusiya əsgəri həlak olub.

“Biz əminik ki, bu tədbirlərin tətbiq edilməsi bizim qoşunlarımız üçün təhlükə yaradan düşünülməmiş və impulsiv addımların atılmasının qarşısını alacaq. Əks təqdirdə, biz vəziyyətə uyğun reaksiya verməli olacağıq” deyə Sergey Şoiqu bildirib.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Con Bolton Rusiyaya bu qərarını yenidən nəzərdən keçirməsini məsləhət görərək bildirib ki, yeni raket sistemi regionda onsuzda gərgin olan vəziyyəti daha da gərginləşdirəcək.

Rusiya insidentə görə hərbi qüvvələri o an Suriyada hava hücumları həyata keçirən İsraili günahlandırır.

XS
SM
MD
LG