Accessibility links

Suriya sülh konfransı iyul ayınadək baş tutmayacaq


Konfransa hazırlıqlarla bağlı bu gün ABŞ, Rusiya və BMT rəsmilərinin görüşü nəticə verməyib.

BMT-nin Suriya üzrə nümayəndəsi Laxdar Brahimi Suriyada münaqişəyə son qoyulmasına dair sülh konfransının iyul ayınadək baş tutmayacağını bildirib. Buna səbəb tərəflərin sülh təşəbbüsünə hazır olmamasıdır.

Qonşu Livandan olan Hizbullah döyüşçüləri tərəfindən dəstəklənən Suriya qüvvələri Livan sərhədində yerləşən strateji Qusair şəhərinin nəzarətini ələ keçirib. Hökumət qüvvələri şəhərə üç həftə bundan əvvəl hücum edib.

Suriya dövlət televiziyası bu gün ordunun terroristləri məğlub etdikləri bildirib. Hökumət Bəşar Əl-Əsəd hökumətinə qarşı çıxan müxalif döyüşçüləri terrorist adlandırır.

Üsyançılar bir ildən çoxdur nəzarəti əllərində saxladıqları Qusairdən çıxdıqlarını bildirib.

Bu şəhər paytaxt Dəməşqə aparan əsas yol üzərində yerləşir və Livan sərhədində üsyançıların qaçaqmalçılıqla məşğul olduqları yerə yaxındır.

Qusairdə baş verən qarşıdurma Hizbullah yaraqlılarını da müharibəyə cəlb edib. Suriya münaqişəsinin digər regionlara yayılması beynəlxalq narahatçılığa səbəb olub.

Ötən həftə BMT İnsan Haqları Şurası Əsəd hökumətinin xarici döyüşçülərdən Qusair münaqişəsində istifadə etməsini pisləyən qətnamə qəbul edib.

Bu arada BMT, Rusiya və ABŞ rəsmiləri böhrana son qoymaq məqsədi ilə sülh konfransının təşkili ilə bağlı bu gün Cenevrədə danışıqlar aparır.
XS
SM
MD
LG