Accessibility links

Rəsmi açıqlama: Rusiya təyyarəsində partlayışın baş verdiyinə dair əlamət yoxdur


Russian Emergency Ministry employees lift a fragment of a plane out of the Black Sea, outside Sochi, Russia, Dec. 27, 2016.
Russian Emergency Ministry employees lift a fragment of a plane out of the Black Sea, outside Sochi, Russia, Dec. 27, 2016.

Moskvada insanlar bazar günü təyyarələrinin Qara Dənizdə qəzaya uğraması nəticəsində həlak olan Rusiyanın hərbi xor, orkestr və rəqs qrupunun üzlvərinin xatirəsini yad edirlər.

Ansambl Latakiya hərbi bazasında Rusiyanın hərbi pilotları üçün konsert verəcəkdi.

Bəziləri "Aleksandrov" ansamblının baş qərargahı önündə ansamblın üzvlərinə ehtiram nişanəsi olaraq şam yandırıblar.

Digərləri Suriyaya uçarkən qəzaya uğrayan təyyarədə olan ansamblın 70 üzvünün xatirəsinə çiçəklər qoyublar. Qəza nəticəsində ansambl üzvləri də daxil olmaqla ümumilikdə 92 nəfər ölüb. Ansambl Latakiya hərbi bazasında Rusiyanın hərbi pilotları üçün konsert verəcəkdi.

Bu arada isə rəsmilər xilasetmə işçilərinin qəza bölgəsindən təyyarə parçalarını toplamağı bitirdiyini deyiblər

Çərşənbə günü, onlar ikinci qara qutunu çıxarıb, təhqiqatçların qəzanın səbəbini müəyyən edə bilmələri üçün Moskvaya göndəriblər.

Təyyarə qəzasının baş verdiyi ərazinin səmadan görüntüsü
Təyyarə qəzasının baş verdiyi ərazinin səmadan görüntüsü

Nəqliyyat Nazirliyi indiyədək 19 cəsədin, eləcə də yüzlərlə bədən hissələrinin tapıldığını bildirir.

Cümə axşamı ordu rəsmisi qara qutuların təyyarədə heç bir partlayışın olmadığını göstərdiyini, amma müstəntiqlərin hələ ki, terror ehtimalını istisna etmədiklərini deyib.

Daha öncə isə rəsmilər qəzaya terror aktının səbəb olduğu ehtimalının çox az olduğunu deyirdilər və diqqəti əsasən pis yanacaq, pilot səhvi və ya hər hansı avadanlığın iflasa uğramasına yönəltmişdilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG