Accessibility links

Rusiya çeçenistanlı insan haqları fəalının azadlığına çağırılır


Amnesty International insan haqları təşkilatı Rusiya hakimiyyətini çeçenistanlı insan haqları fəalı Oyub Titiyevi azadlığa buraxmağa çağırıb, onun “qondarma” narkotik maddələr saxlamaq ittihamı ilə mühakiməsini “ədalətin təhqiri” adlandırıb.

Londondan mənzillənən qurum bu çağırışı martın 11-də edib. Bu gün Çeçenistan məhkəməsi də işə baxılmasını yekunlaşdırmaq üzrədir.

“Rusiya kriminal məhkəmə sisteminin repressiv maşını tam hərəkətdədir və Oyubun mühakiməsində məqsədin ədalət deyil, intiqam olmasının tamamilə şahidi olduq”, qurumun Rusiya üzrə tədqiqatçısı Natalia Prilutskaya bəyanatında deyib.

Titiyev təqsirli bilinərsə, 10 illik həbsə məhkum edilə bilər.

Rusiyanın Memorial İnsan Haqları Mərkəzinin Çeçenistan ofisinin direktoru olan Titiyev ötən ilin yanvarından saxlanıb. Polis onun maşınını saxlamış, maşından marixuana tapıldığını bildirmişdi.

Amma özü və həmkarları narkotik maddənin maşına atıldığını deyirlər.

Birləşmiş Ştatlar, Avropa Birliyinin bir neçə üzvü, Avropa Parlamenti, Avropa Şurasının insan haqları komissarı Titiyevin həbsini pisləyərək narahatlıqlarını ifadə edib.

XS
SM
MD
LG